Siyasət

Həbsdə olan sülh fəalı Bəhruz Səmədov Paşinyana müraciət edib

15 Aprel, 2025
344

sosial media

Həbsdə olan sülh fəalı və tədqiqatçı Bəhruz Səmədov Ermənistan Baş naziri Nikol Paşinyana müraciət ünvanlayıb və ondan barəsində bəyanat verməsini istəyib. 

Bu barədə “Camnyus” saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Səmədov Paşinyandan “sülh gündəliyinə sadiq qalmağı, sərhəddə atəşkəsin pozulma hallarının qarşısını almaq üçün əlindən gələni etməyi, gələcəkdə birgə yaşayışın mümkün edilməsi üçün praktiki addımlar atmağı” xahiş edib. 

“Dayanıqlı sülh üçün tərəflər ortaq gələcək və paylaşılan coğrafiya əsasında dəyərlər formalaşdırmalıdırlar. Bu dəyərlərin əsasında zorakılığın birmənalı inkarı dayanmalıdır”, - o qeyd edib. 

Fəal əlavə olaraq Baş nazirdən onun Ermənistan xarici kəşfiyyat orqanları ilə hər hansı əməkdaşlığının mövcud olmaması haqda bəyanat verməsini istəyib. 

“Ümid edirəm ki, tərəflər arasında təmaslar mənim yaxın zamanda azadlığa çıxmağıma gətirib çıxarar və “sülh məhbusluğu”ma son qoyar. Sülhün mümkün olması üçün tərəflər istənilən irredentist tələbdən əl çəkməli, bunun əksinə, birgəyaşayış modellərinə, post-münaqişə dövründə qonşuluğa köklənməlidirlər”, - o bildirib. 

Səmədov bundan əvvəl ictimaiyyətə ünvanladığı məktubda həbsinin Azərbaycanın sülh barəsində səmimi olmasını sual altına qoyduğunu demişdi. 

Bəhruz Səmədov ötən il avqustun 21-də həbs olunub. Ona qarşı qarşı Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsilə ittiham irəli sürülüb.

Hökumətyönlü mediada gedən yazılarda o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilib. 

Səmədov isə ittihamı qəbul etmir, yazılanların yalan olduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib

17 Sentyabr 2025

Foto: Toplum TV

“Meydan TV işi” ilə bağlı həbs edilən jurnalist, “arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın (Ağayev) səhhətində problem yaranıb. Ailəsinin Meydan TV-yə bildirməsinə görə, jurnalist mədə-bağırsağında yaranan problemə görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Onun mədə xorasından əziyyət çəkdiyi bildirilir. Şəmşad Ağa fevralın 5-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.  Bu iş üzrə hazırda ümumilikdə 12 nəfər həbsdədir. 2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və daha 7...
Siyasət

Beş ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina edəcəyini deyir 

16 Sentyabr 2025

Foto: Getty Images

İspaniya İsrailin iştirak edəcəyi təqdirdə gələn il keçiriləcək "Avroviziya" mahnı müsabiqəsini boykot edəcək.  Bununla İspaniya İsrailin iştirakına görə müsabiqədən geri çəkiləcəyini bildirən beşinci ölkə olub.  Daha əvvəl Hollandiya, İrlandiya, Sloveniya və İslandiya da analoji qərarlarını açıqlayıb.  İsrailin müsabiqədən kənarlaşdırılmasını tələb edən ölkələr siyahısının böyüməsi müsabiqəni təşkil edən Avropa Yayım Birliyinə (AYB) təzyiqi artırıb.  "Avroviziya" mahnı müsabiqəsinin Nəzarət Qrupu bildirib ki, İsrailin iştirakına dair qərar hələ verilməyib və onlar “bir neçə ölkə tərəfindən ifadə olunan narahatlıqları nəzərə alıblar."  İspaniyanın dövlət televiziyası RTVE bu qərarı sentyabrın 16-da keçirilən idarə heyəti səsverməsindən sonra elan edib. Televiziya prezidenti Xose Pablo Lopesin təqdim etdiyi təklif...

Seçilmiş Videolar

Toplum TV loqo