Foto: AP
Suriya keçid hökumətinin prezidenti Əhməd Əl-Şaraa Ağ Evə səfər edən ilk Suriya lideri kimi tarixə düşüb.
ABŞ-nin bu yaxınlara qədər “xarici terrorçu” kimi tanıdığı Əl-Şaraa noyabrın 10-da Oval Ofisdə ABŞ prezidenti Donald Trampla görüşüb.
Adətən xarici ölkə liderlərinin şərəfinə təşkil olunan qarşılanma mərasimi onun üçün keçirilməyib.
Görüşdən sonra ABŞ Maliyyə Departamenti “Sezar Aktı” adlanan, Suriyaya yardım etmək istəyən ölkələri hədəfə alan sanksiyaların icrasının dondurulmasını daha 180 gün uzatdığını elan edib.
Tramp görüşdən sonra jurnalistlərlə söhbətində Əl-Şaraanı “güclü lider” adlandırıb və ona inamını ifadə edib. “Suriyanın uğur qazanması üçün əlimizdən gələni edəcəyik”, - deyə o bildirib.
Suriyanın terrorçu təşkilat “İŞİD”lə mübarizə aparmaq üçün beynəlxalq koalisiyaya qoşulacağı da qeyd olunur.
Bu səfər Əl-Şaraanın bu il ABŞ-yə ilk səfəri deyil. O, sentyabrda son 60 il ərzində Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edən ilk Suriya lideri olub.
Əl-Şaraa çıxışında bildirib ki, Suriya “dünyadakı millətlər arasında haqq etdiyi yerini geri qaytarır.”
Əl-Şaraa əvvəllər “əl-Qaidə” terror təşkilatı ilə əlaqəli olan islamçı qrup “Həyat Tahrir əş-Şam”ın (HTŞ) lideri kimi BMT sanksiyaları altında idi. ABŞ iyul ayında HTŞ-ni xarici terror təşkilatları siyahısından çıxarıb.
Əl-Şaraa ötən ilin dekabrında 13 illik vətəndaş müharibəsini sona çatdıraraq Bəşər Əsədi devirmiş üsyançı hücuma rəhbərlik etdikdən sonra keçid dövrü prezidenti təyin edilib.
Tramp və Əl-Şaraa ilk dəfə may ayında Trampın Yaxın Şərq səfəri çərçivəsində Ər-Riyadda görüşüblər.
Bu görüşdən sonra ABŞ prezidenti Əl-Şaraanı “çox sərt bir keçmişə malik” şəxs kimi xarakterizə edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır
Centcom
Government Press Office
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"