Dünya

Gürcü müxalifət lideri hakimə su atmağa görə il yarım həbs cəzası alıb 

26 Noyabr, 2025
82

Foto: Mtavari Channel

Gürcüstanın müxalif "Axali" partiyasının həbsdə olan həmsədri Nika Meliya məhkəmədə hakimin üstünə su atmağa görə 1 il 6 ay həbs cəzası alıb. 

"Civil.ge" xəbər verir ki, bu barədə noyabrın 26-da Tbilisi Şəhər Məhkəməsində hökm oxunub. 

Meliya bu il mayın 29-da həbs olunub və hazırki hökmə səbəb olan insident mayın 30-da məhkəmə zalında baş verib. Proses zamanı müxalifət lideri hakimin onun çıxışına maraq göstərmədiyini əsas gətirərək üstünə su çiləyib. 

Meliyanın həmin vaxt saxlanılmasına səbəb haqqında açılan cinayət işi olub. 

Meliya daha öncə parlamentin istintaq komissiyası önündə ifadə vermədiyinə görə haqqında cinayət işi açılmış, lakin həbs qətimkan tədbiri seçilməmişdi. O, girov müqabilində azadlıqda qala bilirdi. Meliya girovu ödəməyəcəyini ictimai şəkildə bəyan edib və onun azadlıq müddəti mayın 29-da başa çatıb. 

Həmin iş üzrə isə ona iyunun 27-də 8 ay həbs cəzası verilib. 

Meliyadan başqa, hazırda Gürcüstanda müxalifət liderlərindən Nika Qvaramia, Zurab Ca­paridze və Giorgi Vaşadze də hakim "Gürcü Arzusu" partiyasının parlament komissiyasını boykot etdiklərinə görə məhkəmə qərarı ilə həbs olunublar. 

Digər müxalifət lideri Elene Xoştariya isə sentyabrda Tbilisi meri Kaxa Kaladzenin seçki posterinə "Rus Arzusu" yazdığına görə "mülkiyyətə zərər" ittihamı ilə həbs olunub. 

Müxalif "Lelo” partiyasının liderləri Mamuka Xazaradze və Badri Ca­paridze də komissiyanı boykot etdiklərinə görə həbs olunsalar da, prezident Mixeil Kavelaşvili onları əfv edib.

Noyabrın 6-da isə sözügedən müxalifət liderlərinə qarşı "dövlət əleyhinə cinayət əməllərində iştirak" ittihamı ilə yeni cinayət işi açılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır

17 İyul 2026

Centcom

ABŞ və İran arasında davam edən qarşıdurma fonunda tərəflər qarşılıqlı zərbələri davam etdirir. Son hücumlarda İranın cənubundakı hərbi obyektlərlə yanaşı, Körfəz regionunda yerləşən strateji infrastrukturun da hədəfə alındığı bildirilir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 16-da İran ərazisində növbəti hava zərbələri endirdiyini açıqlayıb. Məlumata görə, hücumlar İranın cənubundakı hərbi obyektlərə, hava hücumundan müdafiə sistemlərinə, radar qurğularına və logistika infrastrukturuna yönəlib. Tehran isə cavab olaraq Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib. İran rəsmiləri Suriyadakı ABŞ mövqelərinin də hədəfə alındığını bildiriblər. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə Bəhreyn, Küveyt və Oman istiqamətində raket hücumları həyata keçirdiyini iddia edib. Küveytin...
Dünya

Vens: “İsraildə bizi İranla danışıqlardan çəkindirmək istəyənlər var”

16 İyul 2026

Government Press Office

ABŞ vitse-prezidenti Ceyms Vens növbəti dəfə İsraili ölkəsi ilə İran arasında danışıqlara müdaxilə etməkdə ittiham edib.  O, iyulun 15-də yayımlanan müsahibədə podkastçı Co Roqana deyib ki, İsraildə bəzi hökumət üzvləri ABŞ-İran danışıqlarına təsir etməyə çalışır.  “Şübhəsiz ki, İsrail hökuməti daxilində İrana qarşı hərbi kampaniyanı davam etdirmək istədikləri üçün bizi danışıqlar siyasətindən uzaqlaşdırmağa çalışan insanlar var. Həmçinin, şübhəsiz ki, onların sistemində bəzi insanlar var ki, müharibəni qeyri-müəyyən müddətə davam etdirmək üçün Amerika ictimai rəyini manipulyasiya edir və dəyişdirməyə çalışırlar. Yenə də, heç bir məqsədə doğru deyil, sadəcə qeyri-müəyyən müddətə”, - o qeyd edib.  Vens daha öncə də İsrail hökumətini İranla anlaşmaya...

Seçilmiş Videolar

Toplum TV loqo