Dünya

Macar yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

9 Oktyabr, 2025
40

Foto: Mirco Toniolo

2025-ci il ədəbiyyat üzrə Nobel mükafatı macar yazıçı Laszlo Krasznahorkaiyə  verilib. 

Nobel Komitəsinin bəyanatında qeyd olunur ki, yazıçı “apokaliptik terror şəraitində belə incəsənətin gücünü bir daha təsdiqləyən, inandırıcı və peyğəmbəranə yaradıcılığına görə” bu mükafata layiq görülüb.

Krasznahorkai 1954-cü ildə Macarıstanda anadan olub. Onun 1985-ci ildə nəşr edilən ilk romanı — “Şeytani Tanqo” (“Satantango) — ədəbi sensasiyaya çevrilmiş və müəllifə böyük şöhrət qazandırmışdı.

Komitənin açıqlamasında bildirilir ki, yazıçının bir çox əsərləri apokaliptik motivlər daşıyır və insanın mənəvi çöküşü fonunda sənətin dirəniş gücünü təsvir edir.

2024-cü ildə Nobel mükafatını cənubi koreyalı yazıçı Han Kan “tarixi travmalara qarşı çıxan, insan həyatının kövrəkliyini açıq şəkildə göstərən poetik prozasına görə” qazanmışdı.

2023-cü ildə isə bu mükafata norveçli yazıçı Yun Fosse “ifadə olunması çətin olan duyğuları səhnəyə və nəsrə gətirən yenilikçi yaradıcılığına görə” layiq görülmüşdü. 

Fosse 1983-cü ildə ilk romanını — “Qırmızı, Qara” — nəşr etdikdən sonra 30-dan çox əsər qələmə alıb.

Ədəbiyyat üzrə “Nobel” mükafatı İsveç Kral Elmlər Akademiyası tərəfindən ədəbiyyat sahəsində əhəmiyyətli töhfələr verən müəlliflərə təqdim olunan illik mükafatdır. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyəti əsasında təsis edilmiş beş “Nobel” mükafatından biridir. Mükafat Nobel Fondu tərəfindən idarə olunur və İsveç Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Gürcü şairi "polisə sillə vurmaq" ittihamı ilə 2 il azadlıqdan məhrum edilib

10 Oktyabr 2025

Foto: Mindia Gabadze/Publika

Gürcü şair Zviad Ratiani etiraz aksiyası zamanı polis zabitinə siillə vurmaqda ittiham olunaraq iki il müddətinə həbs cəzası alıb. Ratiani ilkin olaraq “polis zabitinə hücum” maddəsi ilə ittiham olunmuşdu. Bu maddə 4 ildən 7 ilədək həbs cəzası nəzərdə tutur.  Lakin Tbilisi Şəhər Məhkəməsi son anda ittihamı yüngülləşdirərək onu “ictimai asayiş keşikçisinə qarşı müqavimət göstərmək, hədələmək və ya zorakılıq tətbiq etmək” kimi dəyişib. Şair məhkəmədəki yekun çıxışında bildirib ki, veriləcək hökm necə olursa-olsun, onun gələcəyi ədalətsizlik tərəfdarlarının gələcəyindən daha çətin ola bilməz: “Təxminən bir il əvvəl polis məni döydü, sümüklərimi qırdı, hakim isə məni təcridxanaya saldı. Orada döyülmüş, işgəncə görmüş gəncləri...
Dünya

Venesuelalı müxalif siyasətçi Nobel Sülh mükafatına layiq görülüb

10 Oktyabr 2025

Foto: Ariana Cubillos/AP

2025-ci il Nobel Sülh mükafatı venesuelalı siyasətçi və insan haqları fəalı Mariya Korina Maçadaya təqdim olunub. Nobel Komitəsinin məlumatına görə, Maçado bu mükafata “Venesuela xalqının demokratik hüquqları uğrunda yorulmaz mübarizəsinə görə” layiq görülüb. Qalibin adı oktyabrın 10-da Oslodakı Norveç Nobel İnstitutunda açıqlanıb. Bu il Sülh mükafatına ümumilikdə 338 namizədin adı təqdim olunmuşdu. Komitə ənənəyə uyğun olaraq qeyd edib ki, Nobel Sülh mükafatına namizədlərin adları 50 il müddətinə gizli saxlanılır. 1901-ci ildən etibarən Nobel Sülh mükafatı 105 dəfə təqdim edilib, onu 111 şəxs və 28 təşkilat qazanıb. 
Mükafatın tarixində ən gənc laureat 17 yaşında Nobel mükafatına layiq görülən pakistanlı təhsil fəalı...

Seçilmiş Videolar

Toplum TV loqo