Dünya

Gürcüstanda etirazçılar DİN-dən icazə almalı olacaq 

10 Dekabr, 2025
106

Foto: Toplum TV

Gürcüstan hakimiyyəti ölkədə etiraz aksiyası keçirmək qaydalarını sərtləşdirməyə davam edir. 

Gürcüstan parlamentinə təqdim olunan son qanun dəyişikliyinə əsasən, etirazçılar aksiya keçirmək üçün Daxili İşlər Nazirliyini (DİN) beş gün əvvəldən xəbərdar etməli və icazə almalı olacaqlar. Əks halda, aksiya qanunsuz elan oluna və iştirakçılar həbs oluna bilər. 

Dəyişikliyə əsasən, aksiyadan beş gün əvvəl təşkilatçılar planlaşdırılan toplaşmanın yeri və vaxtı, həmçinin iştirakçıların təxmini sayı barədə polisə tam məlumat verməlidirlər. Daxili İşlər Nazirliyi planlaşdırılan tədbirin ictimai təhlükəsizliyə təhdid yaratdığını, müəssisə və təşkilatların fəaliyyətinə mane olduğunu və ya insanların və nəqliyyat vasitələrinin hərəkətinə əngəl törətdiyini müəyyən edərsə, təşkilatçılara “alternativ yer, vaxt və ya marşrut” təklif oluna bilər.

Əgər etirazçılar bu təkliflərdən imtina edib öz hərəkətlərinə davam etsələr, onların toplaşması qanunsuz elan ediləcək və polis onları dağıtmaq hüququna malik olacaq. Təqsirli bilinən şəxsləri 15 gündən 20 günə qədər inzibati həbs, təkrar cinayət törətdikdə isə bir ilədək müddətə cinayət həbsi gözləyir.

Hazırda Gürcüstanda istənilən ictimai toplantının təşkilatçıları şəhər hakimiyyətini əvvəlcədən məlumatlandırmalıdırlar, lakin bunun üçün xüsusi icazə almaq tələb olunmur. Hakimiyyətin opponentləri hesab edirlər ki, yeni düzəlişlər Konstitusiyaya ziddir, çünki orada hər hansı toplantının keçirilməsi üçün icazə almaq barədə heç nə yazılmayıb. 

Hakim “Gürcü Arzusu” partiyası bildirir ki, yeni qaydalar Konstitusiyaya zidd deyil və toplantı azadlığını məhdudlaşdırmır. Üstəlik, hakimiyyət nümayəndələri vurğulayırlar ki, oxşar qaydalar bir sıra Avropa İttifaqı ölkələrində də tətbiq olunur.

“Ölkəmizin əsas qanunu Konstitusiyadır. Ancaq eyni zamanda xalqımız, seçicilərimiz və cəmiyyətin əksər hissəsi bizdən Konstitusiyada nəzərdə tutulan yığıncaq və nümayiş azadlığının həyata keçirilməsi ilə cəmiyyətin mütləq əksəriyyətinin hüquqlarının qorunması arasında balansı təmin etməyi tələb edir. Məsələn, qanunsuz yığıncağın yolun hərəkət hissəsində keçirilməsi və nəqliyyatın hərəkətini tamamilə bloklaması hallarındakı kimi”, - deyə “Gürcü Arzusu”nun deputatı və parlamentin Hüquq Komitəsinin sədri Arçil Qorduladze təşəbbüsü şərh edib.

Son bir il ərzində “Gürcü Arzusu” davamlı hökumət əleyhinə aksiyalar fonunda küçə aksiyaları ilə bağlı qaydaları bir neçə dəfə sərtləşdirib. Aksiyalar 2024-cü ilin noyabrında, “Gürcü Arzusu” hökumətinin baş naziri İrakli Kobaxidze Avropa İttifaqına inteqrasiya prosesinin dayandırıldığını bəyan etdikdən sonra başlayıb. Bu müddətdə hakimiyyət mitinq iştirakçılarının üzü qapadan maskalardan istifadə etməsini, pirotexnika tətbiqini, yolun hərəkət hissəsinin bağlanmasını qadağan edib, təkrar pozuntulara görə cinayət məsuliyyəti tətbiq edib. 

Bütün bunlara baxmayaraq, Tbilisidə insanlar hələ də hər axşam parlament binası qarşısına çıxaraq “Gürcü Arzusu” hökumətinin istefasını, yeni parlament seçkilərinin keçirilməsini və bütün siyasi məhbusların azad edilməsini tələb edirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır

17 İyul 2026

Centcom

ABŞ və İran arasında davam edən qarşıdurma fonunda tərəflər qarşılıqlı zərbələri davam etdirir. Son hücumlarda İranın cənubundakı hərbi obyektlərlə yanaşı, Körfəz regionunda yerləşən strateji infrastrukturun da hədəfə alındığı bildirilir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 16-da İran ərazisində növbəti hava zərbələri endirdiyini açıqlayıb. Məlumata görə, hücumlar İranın cənubundakı hərbi obyektlərə, hava hücumundan müdafiə sistemlərinə, radar qurğularına və logistika infrastrukturuna yönəlib. Tehran isə cavab olaraq Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib. İran rəsmiləri Suriyadakı ABŞ mövqelərinin də hədəfə alındığını bildiriblər. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə Bəhreyn, Küveyt və Oman istiqamətində raket hücumları həyata keçirdiyini iddia edib. Küveytin...
Dünya

Vens: “İsraildə bizi İranla danışıqlardan çəkindirmək istəyənlər var”

16 İyul 2026

Government Press Office

ABŞ vitse-prezidenti Ceyms Vens növbəti dəfə İsraili ölkəsi ilə İran arasında danışıqlara müdaxilə etməkdə ittiham edib.  O, iyulun 15-də yayımlanan müsahibədə podkastçı Co Roqana deyib ki, İsraildə bəzi hökumət üzvləri ABŞ-İran danışıqlarına təsir etməyə çalışır.  “Şübhəsiz ki, İsrail hökuməti daxilində İrana qarşı hərbi kampaniyanı davam etdirmək istədikləri üçün bizi danışıqlar siyasətindən uzaqlaşdırmağa çalışan insanlar var. Həmçinin, şübhəsiz ki, onların sistemində bəzi insanlar var ki, müharibəni qeyri-müəyyən müddətə davam etdirmək üçün Amerika ictimai rəyini manipulyasiya edir və dəyişdirməyə çalışırlar. Yenə də, heç bir məqsədə doğru deyil, sadəcə qeyri-müəyyən müddətə”, - o qeyd edib.  Vens daha öncə də İsrail hökumətini İranla anlaşmaya...

Seçilmiş Videolar

Toplum TV loqo