Dünya

HƏMAS israilli əsirləri azad edib 

13 Oktyabr, 2025
129

Foto: AP

Qəzzaya nəzarət edən HƏMAS qruplaşması 2 ildən çox əsirlikdə saxladığı 20 israillini azad edib. 

Əsirlər oktyabrın 13-ü səhər saatlarında biri 7, digəri 13 nəfərlik qruplar halında Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə İsrail tərəfinə təhvil verilib.

Ölən digər 26 əsirin cəsədlərinin isə gün ərzində təhvil veriləcəyi gözlənilir. Əlavə 2 nəfərin isə əsirlik dövründə itkin düşdüyü və sağ olub-olmadıqlarının bilinmədiyi deyilir. 

Eyni zamanda, İsrail də 2023-cü ilin oktyabrında Qəzzada əsir götürdüyü 1,718 fələstinlini azad edib. Onların Qırmızı Xaç avtobusları ilə Qəzzanın cənubundakı Xan Yunis şəhərinə çatacağı gözlənilir. 

İsrail həm də əksəriyyəti Fələstinin Qərb Sahili ərazisindən olan, ömürlük həbs cəzası çəkən 250 fələstinlini də azad edəcəyini təsdiqləyib. Onların 142-sinin deportasiya ediləcəyi, qalanlarının isə Qərb Sahilinə və ya Şərqi Qüdsə qaytarılacağı bildirilir. 

ABŞ prezidenti Donald Tramp da İsrail parlamenti Knessetdə çıxış etmək üçün oktyabrın 13-də bu ölkəyə gəlib. Təl-Əviv hava limanında Trampı baş nazir Benyamin Netanyahu və prezident İsak Hersok qarşılayıb. 

Trampın daha sonra Misirin Şarm əl-Şeyx şəhərində baş tutacaq, Azərbaycan prezidenti İlham Əliyev də daxil olmaqla 20-dən çox dövlət başçısının olacağı Sülh Sammitində iştirak edəcəyi gözlənilir. 

HƏMAS 7 oktyabr 2023-cü ildə İsrailə qarşı həyata keçirdiyi “Aksa Tufanı” hücumlarında əksəriyyəti mülki şəxs olmaqla təxminən 1200 nəfəri öldürmüş və 250 nəfəri girov götürmüşdü.

İsrail bu hücumdan sonra Qəzzada genişmiqyaslı əməliyyat başlatmışdı. 
Qəzzada səhiyyə rəsmilərinin məlumatına görə, iki illik müharibə zamanı təxminən 67 mindən çox fələstinli, o cümlədən təxminən 20 min uşaq öldürülüb.

Birləşmiş Millətlər Təşkilatının tərkibində fəaliyyət göstərən araşdırma komissiyası isə sentyabr ayında İsrailin Qəzzada fələstinlilərə qarşı “soyqırımı” törətdiyi qənaətinə gəlib.

İsrail isə bu ittihamları rədd edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır

17 İyul 2026

Centcom

ABŞ və İran arasında davam edən qarşıdurma fonunda tərəflər qarşılıqlı zərbələri davam etdirir. Son hücumlarda İranın cənubundakı hərbi obyektlərlə yanaşı, Körfəz regionunda yerləşən strateji infrastrukturun da hədəfə alındığı bildirilir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 16-da İran ərazisində növbəti hava zərbələri endirdiyini açıqlayıb. Məlumata görə, hücumlar İranın cənubundakı hərbi obyektlərə, hava hücumundan müdafiə sistemlərinə, radar qurğularına və logistika infrastrukturuna yönəlib. Tehran isə cavab olaraq Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib. İran rəsmiləri Suriyadakı ABŞ mövqelərinin də hədəfə alındığını bildiriblər. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə Bəhreyn, Küveyt və Oman istiqamətində raket hücumları həyata keçirdiyini iddia edib. Küveytin...
Dünya

Vens: “İsraildə bizi İranla danışıqlardan çəkindirmək istəyənlər var”

16 İyul 2026

Government Press Office

ABŞ vitse-prezidenti Ceyms Vens növbəti dəfə İsraili ölkəsi ilə İran arasında danışıqlara müdaxilə etməkdə ittiham edib.  O, iyulun 15-də yayımlanan müsahibədə podkastçı Co Roqana deyib ki, İsraildə bəzi hökumət üzvləri ABŞ-İran danışıqlarına təsir etməyə çalışır.  “Şübhəsiz ki, İsrail hökuməti daxilində İrana qarşı hərbi kampaniyanı davam etdirmək istədikləri üçün bizi danışıqlar siyasətindən uzaqlaşdırmağa çalışan insanlar var. Həmçinin, şübhəsiz ki, onların sistemində bəzi insanlar var ki, müharibəni qeyri-müəyyən müddətə davam etdirmək üçün Amerika ictimai rəyini manipulyasiya edir və dəyişdirməyə çalışırlar. Yenə də, heç bir məqsədə doğru deyil, sadəcə qeyri-müəyyən müddətə”, - o qeyd edib.  Vens daha öncə də İsrail hökumətini İranla anlaşmaya...

Seçilmiş Videolar

Toplum TV loqo