Dünya

Latviyada Rusiya və Belarusa turist səfərlərinin təşkili qadağan edildi

28 Fevral, 2025
21

Latviya Seymi “Turizm haqqında” qanuna turoperatorlara Rusiya və Belarusa turist səfərləri təklif etməyi və təşkil etməyi qadağan edən düzəlişləri birinci oxunuşda təsdiqləyib.

Qanun layihəsi parlamentə “Yeni Birlik” partiyasının deputatları tərəfindən Latviya vətəndaşlarına qarşı hüquqların pozulması və təxribat risklərinin minimuma endirilməsi, onların Rusiya və Belarusun xüsusi xidmət orqanları tərəfindən işə cəlb edilməsi məqsədi ilə təqdim edilib. 

“Biz imkan verə bilmərik ki, turoperatorlar əyləncəli səfərlər təşkil etməyə və vətəndaşlarımızla dolu avtobuslarını həyasızcasına Latviyanı işğal etmək arzusunu ifadə edən ölkələrə aparmağa davam etsinlər”, - deputat Qatis Liepiņş bildirib .

Qadağa bütün turizm xidmətləri göstərən şirkətlərə şamil ediləcək. Sənaye nümayəndələrinin sözlərinə görə, hazırda Rusiyaya qrup turist səfərləri təşkil edilmir, halbuki dörd operator Belarusa bu xidməti təklif edir.

Liepins qeyd edib ki, 2024-cü ildə Rusiya 30 Latviya vətəndaşını həbs edib və Latviyanın xarici qurumlarının belə hallarda yardım göstərmək imkanları məhduddur. 

Qanun layihəsinin izahatında qeyd olunur ki, 2024-cü ildə hər ay 2000-ə yaxın Latviya sakini Rusiyaya səfər edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Tramp Rusiyaya qarşı sanksiyaları daha 1 il uzadıb

28 Fevral 2025

GETTY IMAGES

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı 2014-cü il martın 6-dan 2022-ci il fevralın 21-dək tətbiq edilən sanksiyaları bir il müddətinə uzadıb.  Bu barədə ABŞ Federal Reyestrinin yaydığı sənəddə bildirilir. Sənəddə Rusiyanın Ukraynanın şərqindəki hərəkətlərinə və Krımın ilhaqına cavab olaraq, habelə Vladimir Putinin 2022-ci il fevralın 21-də qondarma “DXR” və “LPR”nin müstəqilliyini tanıyan bəyanatından sonra qəbul edilmiş sanksiyalar göstərilir. Sənəddə deyilir: "Bu sərəncamlarda göstərilən hərəkətlər və siyasətlər ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükə törətməkdə davam edir".  Qeyd olunur ki, sanksiyalar 2025-ci il martın 6-dan sonra da qüvvədə qalmalıdır. ABŞ, Aİ, Böyük Britaniya və bir sıra digər...
Dünya

Minlərlə kanadalı Maskın vətəndaşlığını ləğv etmək üçün petisiya imzalayıb

27 Fevral 2025

BBC

Tramp administrasiyası ilə Kanada arasındakı gərginlik fonunda yüz minlərlə insan İlon Maskın Kanada vətəndaşlığını ləğv etmək üçün petisiya imzalayıb. Bir neçə gün əvvəl imzalara açıq elan edilən petisiyada Musk Kanadanın milli maraqlarına zidd hərəkət etməkdə və onun suverenliyinə xələl gətirməkdə ittiham olunur. Kanadada vətəndaşlıq yalnız o halda ləğv edilə bilər ki, kimsə fırıldaqçılıq edib, özünü təhrif edib və ya immiqrasiya və ya vətəndaşlıq ərizəsində məlumatı bilərəkdən gizlədib.  Cənubi Afrikada anadan olan Muskın həm Kanada, həm də ABŞ vətəndaşlığı var. Milyarder petisiyaya cavab olaraq “X” profilində “Kanada real ölkə deyil” yazıb və sonra silib. Müraciətdə iddia olunur ki, milyarder “sərvətindən və gücündən seçkilərimizə təsir...

Seçilmiş Videolar

Toplum TV loqo