Məhkəmə

Şahnaz Bəylərqızının vəkili: “Rezonans doğuracaq ifadədən söhbət gedə bilməz”

15 Fevral, 2025
615

Şahnaz Bəylərqızı/şəxsi arxiv

“Şahnaz Bəylərqızının ifadəsində rezonans doğuracaq hansısa məqamdan söhbət gedə bilməz”.

Bunu Toplum TV-yə fevralın 14-də yerli mediada jurnalist Şahnaz Bəylərqızı ilə bağlı dərc edilən xəbərlə əlaqədar müdafiə tərəfi deyib.

Müdafiə tərəfi istintaq sirri təşkil etdiyini əsas gətirərək ifadənin detallarını açıqlamayıb. 

Lakin bildirib ki, Şahnaz Bəylərqızı sadəcə öz fəaliyyətinə aid olan hissə ilə bağlı ifadə verib.

Fevralın 14-də hökumətə yaxın bir neçə yerli media orqanında “Şahnaz Bəylərqızının etirafları açıqlanarsa, ölkə gündəmində sensasiya yaranar” sərlövhəli yazı dərc olunub.

Toplum TV-nin dəqiqləşdirdiyi məlumata əsasən, dərc edilən xəbərlər ictimaiyyəti çaşdırmaq cəhdindən başqa bir şey deyil.

"Toplum TV"də aparıcı və redaktor işləmiş jurnalist Şahnaz Bəylərqızı fevralın 5-də “Toplum TV” işi üzrə şübhəli şəxs qismində saxlanılıb, onun mənzilində axtarış aparılıb, evdən elektron əşyalar götürülüb.

Fevralın 6-da isə Xətai rayon Məhkəməsində onun barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib.

Bu iş üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb: III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-də aparıcı və Redaktor olmuş Şahnaz Bəylərqızı, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Toplum TV-nin əməkdaşı və Elmir Abbasov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev.

Onlardan təkcə Elmir Abbasov polis nəzarətinə verilib.

"Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib

Azərbaycan hakimiyyəti isə heç kimi peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Məhəmməd Mirzəliyə qiyabi hökm oxunub

15 Sentyabr 2025

Foto: sosial media

Binəqədi Rayon Məhkəməsində Fransada yaşayan azərbaycanlı bloger Məhəmməd Mirzəlinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, M.Mirzəli barəsində 6 il 6 ay azadlıqdan məhrum etmə qərarı çıxarılıb. İttihama görə, Məhəmməd Mirzəli barəsində Cinayət Məcəlləsinin 220.2 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə...
Məhkəmə

Bəhruz Səmədov aclığı dayandırıb 

11 Sentyabr 2025

Foto: sosial media

Həbsdə olan elmi tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov aclığı dayandırıb.  Bu barədə ictimai fəal Əmrah Təhməzov məlumat yayıb.  O bildirib ki, sentyabrın 11-də Səmədov nənəsi Zibeydə Osmanovaya zəng edərək səhhətinin pisləşdiyini, həkimlərin onu müayinə etdiyini deyib.  "Zibeydə nənə Bəhruza yalvarıb ki, aclığı dayandırsın, çünki bu yaşında onun aclığına dözə bilmir. Nənəsinin təkidi ilə Bəhruz aclıq aksiyasını dayandırıb. Bəhruzu azad edin", - Təhməzov "Facebook" səhifəsində qeyd edib.  B.Səmədov sentyabrın 6-da Bakı Apellyasiya Məhkəməsinin onun haqqındakı hökmü qüvvədə saxlamasına etiraz olaraq aclığa başlayıb.  Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub. O,...

Seçilmiş Videolar

Toplum TV loqo