Ermənistan Bakıdakı məhkəməni “səhnələşdirilmiş” sayır, rəsmi Bakı iddiaları rədd edir
RFE/RL
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) fevralın 28-də bildirib ki, Bakıda erməni hərbi əsirlərə, girovlara və digər saxlanılan şəxslərə qarşı qadağan olunmuş üsullardan istifadə barədə məlumatlar almağa davam edirlər.
Bəyanatda vurğulanır ki, Azərbaycan mediasında 23 əsirin məhkəmə proseslərindən videoların, fotoların dərci, habelə fiziki, psixoloji təzyiq, işgəncə və onların sağlamlığının kəskin pisləşməsi barədə məhkumların vəkillərinin yaydıqları məlumatlar "dərin narahatlıq" doğurur.
Məhkəmə proseslərini "səhnələşdirilmiş" adlandıran Yerevanın açıqlamasına görə, "Azərbaycan hakimiyyəti... bu tamaşadan Ermənistana siyasi təzyiq və ictimai rəyin manipulyasiyası vasitəsi kimi istifadə edir".
Rəsmi Bakının Yerevanın iddialarına reaksiya gecikməyib.
"Bu kritik dönəmdə Azərbaycan hərbi cinayətlər törədənlərin məsuliyyətə cəlb edilməsi də daxil regionda sülh səylərinə xələl gətirən əsassız bəyanatlardan Ermənistan tərəfinin çəkinəcəyini gözləyir”, Azərbaycan XİN bildirib.
Yerevanın bəyanatlarını "əsasız" sayan rəsmi Bakı təqsirləndirilən şəxslərin bütün hüquqlarının lazımi qaydada təmin, vəzifələrinin isə izah olunduğunu vurğulayır: "Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə araşdırılıb və bu iddialar yalandır. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin səfərləri, ailə üzvləri ilə telefon və video əlaqələri həyata keçirilib. Sonuncu dəfə belə görüş fevral ayında təşkil olunub".
Bakıda həbsdə olan Qarabağ separatçıları, tanınmamış Dağlıq Qarabağ Respublikasının "prezident"i olmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, keçmiş "xarici işlər naziri" Davit Babayan, "parlament sədri" Davit İşxanyan və digərlərindən ibarət 15 nəfərin mühakiməsi davam edir.
Bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərin sayı yarım milyon nəfərdən çoxdur. Onlar Qarabağ müharibəsində həlak olanların hüquqi varisləri, xəsarət alanlar, məcburi köçkünlərdir. Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov da məhkəməyə zərərçəkmiş qismində qatılır.
Mühakimə olunan 15 nəfərə 2 min 548 epizod üzrə terrorçuluq, soyqırımı, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib.
Bu maddələrlə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
Separatçı qurumun "dövlət naziri" olmuş milyarder Ruben Vardanyansa tək mühakimə olunur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
AFP
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”
Şahnaz Bəylərqızının vəkili: “Rezonans doğuracaq ifadədən söhbət gedə bilməz”
Anar Əliyev məhkəmədə Fazil Qasımovu və vəkilini ölümlə hədələyib
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
Emal sənayesinin ÜDM-dəki payına görə Azərbaycan MDB-nin autsayderidir