BBC
Tramp administrasiyası ilə Kanada arasındakı gərginlik fonunda yüz minlərlə insan İlon Maskın Kanada vətəndaşlığını ləğv etmək üçün petisiya imzalayıb.
Bir neçə gün əvvəl imzalara açıq elan edilən petisiyada Musk Kanadanın milli maraqlarına zidd hərəkət etməkdə və onun suverenliyinə xələl gətirməkdə ittiham olunur.
Kanadada vətəndaşlıq yalnız o halda ləğv edilə bilər ki, kimsə fırıldaqçılıq edib, özünü təhrif edib və ya immiqrasiya və ya vətəndaşlıq ərizəsində məlumatı bilərəkdən gizlədib.
Cənubi Afrikada anadan olan Muskın həm Kanada, həm də ABŞ vətəndaşlığı var.
Milyarder petisiyaya cavab olaraq “X” profilində “Kanada real ölkə deyil” yazıb və sonra silib.
Müraciətdə iddia olunur ki, milyarder “sərvətindən və gücündən seçkilərimizə təsir etmək üçün istifadə edib” və “indi Kanadanın suverenliyini yox etməyə çalışan xarici hökumətin üzvü olub”.
Petisiya fevralın 20-də elan olunub və artıq 300. 000-dən çox kanadalı tərəfindən imzalanıb.
O, əsasən simvolik xarakter daşıyır və heç bir hüquqi qüvvəyə malik deyil. Lakin ən azı 500 imza və parlamentin dəstəyi ilə edilən petisiyalar adətən hökumətin cavabını alır.
ABŞ-Kanada gərginliyi Trampın yenidən prezident seçilməsindən sonra artıb. O, dəfələrlə Kanadanın ABŞ ştatına çevrilə biləcəyini təklif edib, polad, alüminium və digər idxala tarifləri artırmaqla hədələyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
GETTY IMAGES
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”
Şahnaz Bəylərqızının vəkili: “Rezonans doğuracaq ifadədən söhbət gedə bilməz”
Anar Əliyev məhkəmədə Fazil Qasımovu və vəkilini ölümlə hədələyib
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
Emal sənayesinin ÜDM-dəki payına görə Azərbaycan MDB-nin autsayderidir