Siyasət

NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı

19 Fevral, 2025
617

Toplum TV

“Azərbaycanda insan haqları böhranının sonu görünmür”

Norveç Helsinki Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində hakimiyyəti Azərbaycanda həbsdə olan 8 qadın jurnalisti azadlığa buraxmağa çağırıb.

Komitə bununla bağlı fevralın 18-də bəyanat yayıb.

 “Azərbaycan hakimiyyəti səkkiz qadın jurnalist peşə fəaliyyətinə görə həbs edərək misli görünməmiş təzyiqə imza atıb. Hakimiyyət  uzun müddətdir ki, tənqidçilərinə qarşı əsassız, cəzalandırıcı cinayət ittihamları irəli sürməkdə davam edi. Qadın jurnalistlər də son insan haqları böhranlarında ön cəbhədə olmağın əvəzini ödədilər.Görünür, hökuməti şüurlu şəkildə qərar verib ki, burada heç bir tənqidə, etiraza yer olmayan, buna yeganə potensial cavab həbs və ya təqib olan paralel reallıqda yaşayır”.

Komitə bildirir ki, hakimiyyət saxta ittihamları ləğv etməkdən imtina edərkən, uzunmüddətlli həbs cəzasının qeyri-insani və vicdansızca qəddar addım olduğunu qəbul etməlidir.

“Basqınlar, həbslər və əsassız ittihamlarla qurulan məhkəmələr təhlükəli normaya çevrilib. Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı. İlk qadın jurnalist həbsi 2014-cü ildə 2016-cı ildə azadlığa çıxan Xədicə İsmayılova ilə olub”, -komitə vurğulayır.

NHK qeyd edir ki, mühafizəkar ənənələrə və gender stereotiplərinə malik dünyəvi ölkə olan Azərbaycanda, xüsusən də qadınlar üçün müstəqil jurnalistika heç vaxt asan olmayıb: “Son zamanlar qadın müxbirlərin cəzalandırılması tendensiyası çəkindirici təsir bağışlayır, digər qadınları jurnalistikaya cəlb etməkdən yayındırır və media mütəxəssisləri arasında özünüsenzuranı daha da artırır.

Həbs tendensiyası 2023-cü illə daha da sürətlənib: İlk öncə Abzas Media-dan Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova həbs edilib. 2024-cü ilin dekabrında Meydan TV-nin 4 qadın jurnalisti - Aynur Elgünəş, Aytac Tapdıq, Aysel Umudova və Xəyalə Ağayeva həbs edilib. Nəhayət, ötən həftələrdə polis Toplum TV-də çalışan peşəkar jurnalist Şahnaz Bəylərqızını həbs edib. Qaçaqmalçılıq, saxtakarlıq və vergidən yayınmada ittiham olunan jurnalistlərin evlərinə basqın edilib, əşyaları ələ keçirilib. Onlar tənqidi reportajlarına istinad edərək ittihamları rədd edirlər”.

Komitə onu da bildirir ki, Azərbaycanda insan haqları böhranının sonu görünmür. 

Qurum bu repressiyalara beynəlxalq reaksiyanı susqunluq adlandırıb və bəyanatların narahatlıq ifadələrindən kənara çıxmadığını vurğulayıb: “Azərbaycan hakimiyyəti isə bu cür ədalətsiliklər etməkdə davam edir, çünki etdiyi həmişə cəzasız qalıb”.

NHK Bakıdakı istintaq təcridxanasında saxlanılan bu jurnalistləri uzun müddətlik məhkəmə gözlədiyinə diqqət çəkib:

“Azərbaycanda məhkəməyəqədər həbs rəsmi olaraq üç ay ilə məhdudlaşdırılsa da, bu müddətin siyasi motivli işlərdə bir ildən çox müddətə uzadılması müşahidə edilir. 

Onların vəkilləri saxlanma şəraitinin pis olduğunu və bəzi məhbusların qeyri-insani rəftara məruz qaldığını bildirirlər”.

Beynəlxalq komitə həbsdə olan qadın jurnalistlərin bəzilərinin səhhətində ciddi problemlər olduğunu, saxlanma şəraitinin çətinliyi səbəbindən sağlamlıqlarının risk altında olduğu barədə narahatlıq ifadə edir.

 “Fiziki məhdudiyyətli və bir neçə əməliyyat keçirmiş Aynur Elgünəşin vəziyyətini xüsusi qeyd edək. Onun xüsusi tibbi yardıma və davamlı müalicəyə ehtiyacı var. Həkimlər iki azyaşlı övladı olan Şahnaz Bəylərqızının səhhətini də ağır qiymətləndirirlər. Onun haqsız həbsi təkcə həssas sağlamlığına təhlükə yaratmır, həm də uşaqlarını ana qayğısından məhrum edir”, - NHK bəyanatda qeyd edir.

Komitəyə görə, qadınlara dəyər verdiyini iddia edən bir ölkədə 8 tənqidçi qadın jurnalistin cəzalandırılmasının ironiyası sözlə əməl arasında ziddiyyət təşkil edir.

“Prezident İlham Əliyev çıxışlarında qadınlara hörmət, ənənəvi ailə dəyərləri, qadının uca tutulması “Azərbaycan xalqının ən yüksək mənəvi keyfiyyətləri” sırasındadır.

Bunu nəzərə alsaq, 8 qadın jurnalistin həbsdə saxlanılması ciddi insani, etik, hüquqi narahatlıq doğurur. 

Bu, açıq-aşkar ikiüzlülük rəsmi açıqlamaların səmimiliyinə xələl gətirir və simvolik jestlərlə hökumətin qadın hüquqlarına, ailə dəyərlərinə bağlılığı arasındakı uçurumu ifşa edir”, - bəyanatda deyilir.

Komitə sonda bir daha Azərbayacan hakimiyyətini qadın jurnalistləri azad etməyə çağırıb: “Beynəlxalq Qadınlar Günü bütün dünyada qadınların nailiyyətləri və möhkəmliyi qeyd edilir.  Gün yaxınlaşdıqca Azərbaycanın ritorikası ilə hərəkətlərini uyğunlaşdırmaq imkanı var.

Bununla belə, ölkədə qadın jurnalistlərin haqsız yerə həbsi qadınların cəmiyyətdə göstərdikləri cəsarət və töhfələri şərəfləndirmək üçün nəzərdə tutulan bayramlara kölgə salır”.

Son il yarım ərzində Azərbaycanda 30-a yaxın jurnalist həbs olunub.

Onların arasında “AbzasMedia”, “Toplum TV”, “Kanal 13”, “Meydan TV” və digər media orqanlarının əməkdaşları var.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Apellyasiya Məhkəməsi Rüfət Səfərov barədə hökmü qüvvədə saxlayıb 

24 Avqust 2026

sosial media

Avqustun 24-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun şikayəti üzrə məhkəmə prosesi keçirilib.  Hüquq müdafiəçisi Zəfər Əhmədovun "Toplum TV"-yə verdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə R.Səfərov barəsindəki hökm qüvvədə saxlanılıb.  Müdafiə tərəfi prosesin qismən məhkəmə istintaqı ilə birlikdə aparılması üçün vəsatət verib. Digər vəsatət isə üç polis əməkdaşının məhkəməyə şahid kimi çağırılması barədə olub. Məhkəmə vəsatətləri təmin etməyib.  R.Səfərov çıxışında işin hüquqi əsasları olmadığına görə bu barədə çıxış etməyə lüzum görmədiyini deyib. O əlavə edib ki, məhkəmədən ədalətli qərar gözləntisi yoxdur.  Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin R.Səfərov barədə verdiyi həbs cəzası qərarını qüvvədə...
Siyasət

Həyat yoldaşı: "Ələsgər Məmmədli iki gündür qida qəbul edə bilmir, boğulma halları davam edir" 

14 Avqust 2026

sosia media

"Toplum TV"-nin həbsdə olan həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli səhhətində problemlər yaşamağa davam edir.  Həyat yoldaşı Günay Məmmədlinin yaydığı məlumata görə, Ə.Məmmədli avqustun 13-də zəng edərək iki gündür qida qəbul edə bilmədiyini, baş ağrıları, yüksək ürək döyüntüləri, boğulma hallarının isə davam etdiyini deyib.  Onun sözlərinə görə, həmin gün ürək müayinəsi üçün yanına həkim gəlib.  "Həkim sabit halda edilən elektrokardioqrafiyanın (EKQ) ürəkdə olan hər hansısa ciddi problemi göstərməməsinin mümkünlüyünü bildirib. Həkim eyni zamanda yüksək döyüntü və təzyiqin qalxanabənzər vəzdəki 23-25 millimetrlik şişdən qaynaqlana biləcəyini də deyib. Ələsgər bəy həkim gələrsə şişlə bağlı ÜSM müayinəsi ediləcəyini də dedi", - G.Məmmədli qeyd edib. ...

Seçilmiş Videolar

Toplum TV loqo