Latviya Seymi “Turizm haqqında” qanuna turoperatorlara Rusiya və Belarusa turist səfərləri təklif etməyi və təşkil etməyi qadağan edən düzəlişləri birinci oxunuşda təsdiqləyib.
Qanun layihəsi parlamentə “Yeni Birlik” partiyasının deputatları tərəfindən Latviya vətəndaşlarına qarşı hüquqların pozulması və təxribat risklərinin minimuma endirilməsi, onların Rusiya və Belarusun xüsusi xidmət orqanları tərəfindən işə cəlb edilməsi məqsədi ilə təqdim edilib.
“Biz imkan verə bilmərik ki, turoperatorlar əyləncəli səfərlər təşkil etməyə və vətəndaşlarımızla dolu avtobuslarını həyasızcasına Latviyanı işğal etmək arzusunu ifadə edən ölkələrə aparmağa davam etsinlər”, - deputat Qatis Liepiņş bildirib .
Qadağa bütün turizm xidmətləri göstərən şirkətlərə şamil ediləcək. Sənaye nümayəndələrinin sözlərinə görə, hazırda Rusiyaya qrup turist səfərləri təşkil edilmir, halbuki dörd operator Belarusa bu xidməti təklif edir.
Liepins qeyd edib ki, 2024-cü ildə Rusiya 30 Latviya vətəndaşını həbs edib və Latviyanın xarici qurumlarının belə hallarda yardım göstərmək imkanları məhduddur.
Qanun layihəsinin izahatında qeyd olunur ki, 2024-cü ildə hər ay 2000-ə yaxın Latviya sakini Rusiyaya səfər edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
GETTY IMAGES
BBC
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”
Şahnaz Bəylərqızının vəkili: “Rezonans doğuracaq ifadədən söhbət gedə bilməz”
Anar Əliyev məhkəmədə Fazil Qasımovu və vəkilini ölümlə hədələyib
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
Emal sənayesinin ÜDM-dəki payına görə Azərbaycan MDB-nin autsayderidir