Dünya

“Dojd” telekanalının baş redaktoruna 8 il qiyabi həbs verilib

12 May, 2026
67

Kommersant

Rusiyanın “Dojd” telekanalının baş redaktoru Tixon Dzyadko qiyabi olaraq 8 il həbsə məhkum edilib.

Moskvanın Qolovinski rayon məhkəməsi onu Rusiya ordusu haqqında “saxta məlumat yaymaq” və “xarici agentlər” haqqında qanunu pozmaqda təqsirli bilərək ümumi rejimli koloniyaya göndərilməsi barədə qərar çıxarıb. Bundan əlavə, jurnalistə 250 min rubl məbləğində cərimə təyin olunub

Cinayət işinin açılmasına səbəb Dzyadkonun 2022-ci ilin iyul və dekabr aylarında özünün “Telegram” kanalında jurnalist Pyotr Ruzavinin Buçadan hazırladığı reportaja və “The New York Times” qəzetinin Kiyev vilayətində Rusiya hərbçilərinin törətdiyi cinayətlər barədə araşdırmasına keçid paylaşması olub.

Məhkəmə həmçinin jurnalisti paylaşımlarında “xarici agent” statusuna dair qeydiyyat nişanını göstərməməkdə ittiham edib. Rusiya Ədliyyə Nazirliyi onu 2022-ci ildə “xarici agent” elan etmişdi.

2025-ci ilin aprelində Rusiya Daxili İşlər Nazirliyi Dzyadkonu axtarışa verib. Həmin ilin oktyabrında isə onun adı Rosfinmonitorinqin “terrorçular və ekstremistlər” siyahısına daxil edilib.

2026-cı ilin fevralında isə “Dojd” telekanalının aparıcısı və Dzyadkonun həyat yoldaşı Yekaterina Kotrikadze də qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edilib. O da Rusiya ordusu haqqında “saxta məlumat yaymaq” və “xarici agentlər” haqqında qanunu pozmaqda ittiham olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp Hörmüzdə gəmiləri qorumağa görə ödəniş istəyir 

14 İyul 2026

The White House

ABŞ prezidenti Donald Tramp ölkəsinin Hörmüz boğazına nəzarəti tamamilə ələ keçirəcəyini deyib.  O, iyulun 13-də sosial media hesabında yazıb ki, boğazdan təhlükəsiz keçidin təmin olunmasına görə digər ölkələr ABŞ-yə ödəniş edəcəklər.  "ABŞ bundan sonra “Hörmüz boğazının mühafizəçisi” kimi tanınacaq. Lakin bu vəzifəni yerinə yetirməsi müqabilində və ədalət prinsipi əsasında, bu son dərəcə həssas bölgədə təhlükəsizlik və mühafizəni təmin etmək üçün çəkilən bütün zəruri xərclərin əvəzini almaq məqsədilə, daşınan bütün yüklərdən 20% həcmində ödəniş alacağıq. Bu prosesin həyata keçirilməsinə və təşkilinə dərhal başlanılacaq", - o qeyd edib.  Tramp "20 faiz" dedikdə nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyib. CNN-ə danışan analitiklər deyir ki,...
Dünya

“Bloomberg”: Ukraynanın hücumları Rusiyada neft emalını son 20 ilin ən aşağı səviyyəsinə endirib

14 İyul 2026

Zelensky / X

Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində ölkədə neft emalının həcmi son 20 ildən çox müddətdə ən aşağı səviyyəyə enib. Bu barədə “Bloomberg” “EA Analytics” şirkətinin məlumatlarına istinadən xəbər verir. Məlumata görə, iyul ayında Rusiyadakı neft emalı zavodlarında gündəlik orta hesabla 3,91 milyon barel neft emal olunub. Bu göstərici sonuncu dəfə 2005-ci ilin martında daha aşağı səviyyədə qeydə alınıb. Hazırkı həcm ötən ilin eyni dövrü ilə müqayisədə gündəlik təxminən 1,4 milyon barel azdır. Rusiya neft emalına dair rəsmi statistikanı məxfiləşdirdiyindən “EA Analytics” zavodların fəaliyyətini peyk görüntüləri və digər dolayı göstəricilər əsasında qiymətləndirir. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatları da oxşar...

Seçilmiş Videolar

Toplum TV loqo