“Kiyevin mərkəzində Putin yox, mən dayanmışdım” - Co Bayden xarici siyasətlə bağlı son dəfə çıxış edib
AP
ABŞ prezidenti Co Bayden Ağ Evi tərk etməzdən əvvəl ölkənin xarici siyasətilə bağlı son dəfə çıxış edib.
"Putin Ukraynaya hücum edəndə düşünürdü ki, bir neçə günə Kiyevi alacaq. Amma müharibə başlayandan sonra Kiyevin mərkəzində o yox, mən dayanmışdım. Putin orada deyildi. Mən Amerika qoşunlarının nəzarətində olmayan müharibə zonasına səfər etmiş yeganə Ali Baş Komandanam” - Bayden Dövlət Departamentindəki çıxışı zamanı belə deyib.
Ukraynadakı müharibəyə xüsusi diqqət ayıran ABŞ prezidenti bildirib ki, onun məqsədi Rusiyanın təcavüzündən qorunan Ukraynaya beynəlxalq dəstəyi təşkil etmək və nüvə münaqişəsinin qarşısını almaq olub.
"Biz hər ikisinə nail olduq. Biz bir təməl qoyduq və Ukrayna xalqının işıqlı gələcəyini qorumaq üçün növbəti administrasiya da o təməldən istifadə edə biləcək", ABŞ prezidenti söyləyib.
Co Bayden özününü əsas nailiyyətlərinə NATO-nun genişlənməsini və möhkəmlənməsini, Ukraynaya dəstəyi və ABŞ-də yarımkeçirici istehsalına böyük investisiyalar qoyulmasını aid edib; sonuncusunu Çinlə rəqabətdə ABŞ-nin mövqeyini gücləndirəcək amil kimi qiymətləndirib.
"Amerika daha güclü oldu, ittifaqlarımız daha möhkəm oldu, rəqiblərimiz zəiflədilər. Biz bu nəticələrə müharibə etmədən nail olmuşuq" deyən Bayden növbəti administrasiyaya güclü mövqe qoyub getdiyini vurğulayıb.
“Amerika yenidən dünya lideri oldu” – ABŞ prezidenti belə deyib.
Baydenin çıxışından bir neçə saat sonra seçilmiş prezident Donald Tramp televiziyaya verdiyi müsahibədə vəzifəsini tərk edən prezidentin xarici siyasətini mənfi qiymətləndirib:
“Bu dörd il çox bərbad idi”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Ukrayna dronları Bryansk, Engels, Saratov və Aleksindəki zavodları vurublar – UTX-dəki mənbə
"Degpunkta"
Zelenski və Makron Ukraynaya Qərb qoşunlarının yerləşdirilməsi məsələsini müzakirə ediblər
Le Monde
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?