Ukrayna dronları Bryansk, Engels, Saratov və Aleksindəki zavodları vurublar – UTX-dəki mənbə
"Degpunkta"
RBK-Ukrayna Ukraynanın Pilotsuz Sistem Qüvvələrinə istinadən yazır ki, USQ barıt və partlayıcı maddələr, eləcə də raket yanacağı komponentləri istehsal edən zavoda zərbələr endirib.
Rusiyanın təhlükəsizlik qüvvələrinə yaxın “Teleqram” kanalları bir gün əvvəl xəbər yaymışdılar ki, SSRİ-nin 50 illiyi adına Bryansk Kimya Zavoduna hücum olub.
Ukrayna Təhlükəsizlik Xidmətindən isə Engels, Saratov və Aleksinə dron hücumu barədə məlumat verilib.
UTX-dəki mənbə BBC-nin Ukrayna xidmətinə bildirib ki, Rusiya regionlarına edilən kütləvi hücumlar Ukrayna hərbçiləri tərəfindən həyata keçirilib. Mənbə zərbələrin hədəflərini də sadalayıb:
- Tula bölgəsindəki Aleksin Kimya Zavodu, “dron hücumundan sonra böyük yanğın qeydə alınıb";
- Saratov vilayəti, Engels strateji aviasiya aerodromundakı sursat anbarları (FAB, KAB və qanadlı raketlər saxlanan anbarlar);
- Saratov Neft Emalı Zavodu, “orda da böyük yanğın qeydə alınıb”;
- Bryansk Kimya Zavodu.
Rusiya rəsmiləri xəbəri şərh etməyiblər.
Bundan əvvəl regional hakimiyyət orqanları Engels, Saratov və Aleksin şəhərlərində Ukrayna dronlarının zərbə endirdiklərini təsdiqləyib. Saratov qubernatoru "Saratov və Engelsdə iki sənaye müəssisəsinə zərər dəydiyini" bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Zelenski və Makron Ukraynaya Qərb qoşunlarının yerləşdirilməsi məsələsini müzakirə ediblər
Le Monde
Reuters
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?