Foto: AP
Moldova prezidenti Maya Sandu qonşu ölkə Ruminiya ilə birləşməyin lehinə olduğunu deyib.
O, bunu qonaq olduğu "The Rest is Politics" podkastında bildirib.
“Əgər referendum keçirilsə, Rumıniya ilə birləşməyin lehinə səs verərdim. Dünyada baş verənlərə baxın. Moldova kimi kiçik bir ölkənin demokratik, suveren dövlət kimi ayaqda qalması, xüsusilə də Rusiyaya müqavimət göstərməsi getdikcə daha da çətinləşir", - o qeyd edib.
Bununla belə, Sandu moldovalıların əksəriyyətinin onun mövqeyini dəstəkləmədiyini qəbul etdiyini deyib və əlavə edib ki, Avropa İttifaqına (Aİ) inteqrasiya “daha real hədəfdir”.
Moldova hökuməti 2030-cu ilə qədər Aİ-yə üzv olmağı qarşısına məqsəd qoyub, lakin bunun üçün Rusiyanın müqaviməti fonunda çətin islahatlar həyata keçirməli olacaq. Moldovanın Rusiyayönümlü Sosialistlər Partiyası 2020-ci ilə qədər hakimiyyətdə olub.
Rusiya işğalına məruz qalan Ukrayna ilə də qonşu olan Moldova uzaq keçmişdə Rumıniyanın tərkibində olub, lakin İkinci Dünya Müharibəsi dövründə Sovet İttifaqı tərəfindən ilhaq edilib.
Moldova Sovet İttifaqı dağıldıqdan sonra, 1991-ci ildə müstəqilliyini qazanıb.
Ruminiya isə 2004-cü ildən NATO-nun, 2007-ci ildən isə Aİ-nin üzvüdür.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır
Centcom
Government Press Office
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"