Foto: Reuters
ABŞ ordusunun yanvarın 3-də həyata keçirdiyi, Venesuela prezidenti Nikolas Maduronun tutularaq ABŞ-yə gətirilməsi ilə nəticələnən əməliyyat zamanı ən az 80 nəfərin öldüyü bildirilir.
Bu barədə yanvarın 4-də "New York Times" (NYT) Venesuela hökumətindəki mənbəyə istinadən xəbər verib.
Mənbə deyib ki, ölənlərin arasında mülki şəxslər də var. O əlavə edib ki, yaralanmış şəxslərin həyatını xilas etmək mümkün olmasa, bu rəqəm arta da bilər.
Daha öncə Venesuelanın müdafiə naziri Vladimir Padrino hücum zamanı prezidentin mühafizə xidmətinin böyük hissəsinin öldürüldüyünü bildirmiş, amma rəqəm açıqlamamışdı.
Yanvarın 3-ü səhər saatlarında ABŞ ordusu Karakasa zərbələr endirib, Maduro və həyat yoldaşını tutaraq ABŞ-yə gətirib.
ABŞ-nin baş prokuroru Pem Bondi Maduroların ABŞ məhkəməsi önündə cavab verəcəklərini deyib. Onun sözlərinə görə, Maduro narkoterrorçuluq və ABŞ-yə qarşı silahlı hücum planında təqsirləndirilir.
Rusiya və Braziliya kimi ölkələr ABŞ-nin Maduroya qarşı hücumunu pisləyib. Avropa İttifaqı rəsmiləri və Avropa ölkələri liderləri isə ehtiyatlı bəyanatlar verərək beynəlxalq hüququn qorunmasının vacibliyini vurğulayıblar.
Tramp daha öncə Madurodan Venesuelanı tərk etməyi tələb etmişdi. O, həmçinin, Venesuelanı "xarici terror təşkilatı" elan etmiş və bu ölkəyə qarşı blokada tətbiq etmişdi.
Tramp administrasiyası 2013-cü ildən hakimiyyətdə olan Maduronu Venesuelanın legitim prezidenti kimi tanımır.
Maduro ötən il keçirilən səsvermədə yenidən seçildiyini iddia edib, lakin ABŞ və digər Qərb ölkələri həmin seçkini saxta adlandırıb və müstəqil müşahidəçilər seçkilərdə müxalifətin böyük üstünlüklə qalib gəldiyini bildiriblər.
Tramp uzun müddətdir Venesuelanın ABŞ-yə narkotik maddələr ixrac etdiyini iddia edir. ABŞ ordusu bu ölkədən olduğu və narkotik maddə daşıdığı deyilən qayıqlara beynəlxalq sularda zərbələr endirir və bunun nəticəsində onlarla insan həlak olur.
Trampın tənqidçiləri isə qayıqların narkotik maddə daşıdığına dair sübutların olmadığını deyirlər.
Maduro da daha öncə ictimaiyyət önündə çıxışında Trampın əsl məqsədinin onu devirmək və ölkənin neft ehtiyatlarını ələ keçirmək olduğunu deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır
Centcom
Government Press Office
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"