Dünya

Özbəkistan hakimiyyəti torpaqları fermerlərdən alıb Çin şirkətlərinə verir

14 Aprel, 2025
60

açıq mənbədən götürülüb

Özbəkistan hakimiyyəti Əndican vilayətindəki yüzlərlə fermerin torpaqlarını dövlət ehtiyatları adı ilə zəbt edərək onları Çinli iş adamlarına verib.

Bu barədə Azadlıq Radiosunun Özbəkistan xidməti məlumat yayıb.

Kağız üzərində onlar torpaqlarını “könüllü” şəkildə təhvil veriblər, lakin insanlar bunun “daxili işlər orqanları və prokurorluq əməkdaşlarının təzyiqi altında” baş verdiyini deyirlər.

Ölkənin Qaşqədərya vilayətində də oxşar vəziyyətin müşahidə olunduğu deyilir. Söhbət minlərlə hektar suvarılan pambıq və buğda sahəsindən gedir.

Hazırda Özbəkistanın bütün ərazisində Çinlə birgə yaradılmış 3500-dən çox birgə müəssisə fəaliyyət göstərir. İlk baxışdan elə görünür ki, Çin sərmayəçiləri yeni sənaye müəssisələrinin yaradılmasına, iş yerlərinin açılmasına və yeni texnologiyaların tətbiqinə səbəb olur.

Lakin ekspertlər hesab edirlər ki, Özbəkistan Çinə olan böyük borcları ödəyə bilmədiyi üçün çinli iş adamlarına geniş imkanlar yaradır.

Onlar ehtiyat edirlər ki, nəticədə Özbəkistan Çin ekspansiyasına (“genişlənməsinə“) müqavimət göstərə bilməyəcək və “iqtisadi tələyə” düşəcək.

Özbəkistan rəsmiləri Çinin verdiyi sərmayələrin və kreditlərin ümumi məbləği barədə məlumatları açıqlamır və Çin tərəfi də bu məlumatı gizli saxlayır.

Özbəkistanda fermer dövlət torpağını 49 il müddətinə icarəyə götürür. Bu müddətdə nə hakimin, nə də prokurorun əkinçinin torpağını əlindən almağa ixtiyarı yoxdur.

Qanunvericiliyə görə, kənd təsərrüfatına yararlı torpaqlar yalnız məhkəmənin qərarı ilə zəbt oluna bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

ABŞ məhkəməsi fələstinli fəalın deportasiyası ilə bağlı qərar verib

14 Aprel 2025

AP

ABŞ məhkəməsi fələstinli fəal Mahmud Xəlilin ölkədən deportasiya oluna biləcəyinə qərar verib.  Luiziana ştatında immiqrasiya hakimi qərarını belə əsaslandırıb ki, hökumət Xəlilin ölkədə olmasının ABŞ xarici siyasətinə zidd olduğunu iddia edir və bu, onu deportasiya etmək üçün kifayətdir.  Bundan əvvəl Nyu York və Nyu Cersi ştatlarında federal hakimlər hökumətə iş mahiyyəti üzrə baxılana qədər Xəlili ölkədən çıxarmağı qadağan etmişdi.  Xəlilin vəkillərinin aprelin 23-ə qədər apellyasiya müraciəti etmək şansı var.  “Bu gün biz ən pis qorxularımızın meydana çıxdığını gördük: Mahmuda qarşı guya hüquqi prosedur adı altında bir tamaşa quruldu. Bu isə onun ədalətli məhkəmə hüququnun açıq şəkildə pozulması və immiqrasiya qanununun fikir...
Dünya

Rusiya XİN: Aİİ-dən çıxmaq Ermənistan üçün ağrılı proses olacaq

14 Aprel 2025
Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağın Ermənistan əhalisi üçün “ağrılı proses” olacağını deyib.  O, “İzvestiya” qəzetinə müsahibəsində Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulma perspektivindən və Rusiyanın buna münasibətindən danışıb.  Qaluzin deyib ki, Rusiyanın Ermənistanın “maraqlarını pozmaq” planı yoxdur və ola da bilməz. “Bizim ötən il ticarət dövriyyəmiz 12 milyard dollara yaxın olub və bu, ciddi artım nümayiş etdirib. Bu, bizim müttəfiqimizdir, strateji tərəfdaşımızdır”, - o qeyd edib.  Buna baxmayaraq, o əlavə edib ki, eyni zamanda həm Aİ, həm də Aİİ-yə üzv olmaq mümkün deyil və Ermənistan seçim etməli olacaq. “Aİİ-də iştirak Ermənistan əhalisinə aşkar faydalar...

Seçilmiş Videolar

Toplum TV loqo