Dünya

Paşinyan: “Heç kimin şəxsi həyatı başqasının işi deyil”

30 May, 2025
170

Foto: Reuters

Ermənistan Baş naziri Nikol Paşinyan ilə Erməni Apostol Müqəddəs Kilsəsi arasında qalmaqal yaşanır. 

Belə ki, Paşinyan mayın 29-da hökumətin iclasında çıxışı zamanı ölkədəki kilsələrdən danışıb və onları baxımsız vəziyyətlərinə görə anbarlara bənzədib. 

“Kilsəyə gedirsiniz və orada zibil, kiminsə köhnə paltarı, ayaqqabısını görürsünüz”, - o deyib. 

Baş nazir müvafiq nazirliyə məsələni diqqətdə saxlamağı və kilsələr üçün standartlar təyin etməyi tapşırıb. 

Paşinyanın kilsələr haqqında “anbar” sözünü işlətməsi kilsə nümayəndələrinin acığına gəlib. 

Erməni Apostol Kilsəsinin Quqark Yeparxiyasının baş yepiskopu Hovnan Hakobyan “Facebook” səhifəsində baş naziri “ölkənin baş ağrısına çevrilmiş başçısı” adlandırıb və kilsəyə qarşı “utanmadan hücuma keçməkdə” günahlandırıb. 

“Bu günlərdə İsveçrədə, Ali Ruhani Öndərimiz — Bütün ermənilərin katolikosu II Qareginin təşəbbüsü və rəhbərliyi ilə Qarabağın erməni mənəvi və mədəni irsinin qorunmasına həsr olunmuş beynəlxalq konfrans keçirilir. Təbii ki, beynəlxalq miqyaslı bu tədbir düşmən ölkədə — Azərbaycanda ciddi narahatlıq, qəzəb və narazılıq doğurub. Elə bu vaxt ölkənin əsas xəyanətkarı da, görünür, narahat olaraq, kilsəyə qarşı oxşar hücum həyata keçirdi”, - Hakopyan yazıb. 

Başqa kilsə nümayəndələri və müxalif media isə Paşinyanın həyat yoldaşı ilə qeyri-rəsmi nikahda olmasına diqqət çəkib və bunun xristianlığa zidd olması fikrini irəli sürüb. 

Paşinyan isə bu iddiaya təhqirlərlə cavab verib. 

O, “Facebook” postlarında iddia edib ki, kilsə rahibləri ömür boyu bakir qalmaqla bağlı əhdlərini pozurlar. 

"Bakirəliyin əhdini pozmuş bütün ruhanilər ruhani xidmətindən uzaqlaşdırılmalıdırlar. Heç kimin şəxsi həyatı başqasının işi deyil. Amma xalqın Kilsəyə, mənəvi və əxlaqi dəyərlərə sahib olmaq hüququ var”, - Paşinyan qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Çexiyada kommunizm təbliğatı cinayət hesab olunacaq

18 İyul 2025

Foto: AFP

Çexiya Prezidenti Petr Pavel iyulun 17-də kommunizm təbliğatını cinayət kimi tanıyan qanunu imzalayıb.  Qanun “insan hüquq və azadlıqlarını açıq şəkildə boğmağa və ya irqi, etnik, milli, dini və ya sinfi ədavəti qızışdırmağa yönəlmiş nasist, kommunist və ya digər hərəkatları yaratmaq, dəstəkləmək və ya təbliğ etmək” halları üçün beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Qanunun Çexiyada kommunizm ideyaları ilə çıxış edən siyasi partiyalara necə şamil edəcəyi hələ ki aydın deyil.  Çexiyada fəaliyyət göstərən Bohemia və Moravia Kommunist Partiyası qanunu qınayıb, onu “rejimin tənqidçilərini qorxutmaq üçün növbəti uğursuz cəhd” adlandırıb.  Partiya parlamentdə yer almasa da, sorğulara əsasən xalq arasında 5%-ə qədər...
Dünya

Pakistanda daşqınlarda ölən 170-dən çox insanın yarısı uşaqlardır

18 İyul 2025

Foto: Getty Images

Pakistanın şərqində iyunun 26-dan bəri davam edən daşqınlarda ölənlərin ən az yarısı uşaqlardır.  Pakistanın Fəlakətlərin İdarə Olunması qurumunun açıqlamasına görə, daşqınlar başlayandan bəri Pəncab vilayətində ən az 170 nəfər ölüb və bunların 85-i azyaşlılardır.  Ölənlərdən 54-ü son bir gün ərzində ölüb.  Vilayətin bir neçə rayonunda fövqəladə vəziyyət elan edilib və artan sel sularına qarşı mübarizə aparmaq üçün Ravalpindi şəhərinə ordu yeridilib.  Pakistanın Meteorologiya Departamentinin məlumatına görə, güclü yağışlar Ravalpindi və yaxınlıqdakı paytaxt İslamabada yağmağa davam edir və iyulun 17-də bir neçə ərazidə yağıntının miqdarı 100 millimetrdən çox olub. İyulun 18-də də güclü yağışların davam edəcəyi gözlənilir. Pakistan geoloji quruluşu səbəbilə...

Seçilmiş Videolar

Toplum TV loqo