Məhkəmə

“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”

11 İyul, 2025
2490

Foto: Fərqanə Novruzova

III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli Kürdəxanı İstintaq Təcridxanasından yazır.

Bir adam bir gün Qırmızı Meydanda bildiriş paylayırmış. Polis şəxsi saxlayır və əlindəki kağızları alır. Kağızlar boşdur, içində heç bir yazı yoxdur. 

Polis təəccüblə bağırır: “Nə yayırsan? Bunlar ki, boşdur. İçində heç bir yazı yoxdur”.
Adam cavab verir: “Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”.

Niyə həbs olunmuşam? məqsədləri nədir? Bu sualların cavabı toplumun aktiv kəsimimə aydındır. Amma bu aydınlıq sizdə ümidsizlik, inamsızlıq yaratmasın.
Bəlkə repressiyanın fonunda məğlub görünürük. Amma əsas odur ki, gəncliyini 4 kvadratlıq bir həbsxana hücrəsinə məhkum edən yeni nəsil siyasətçilər təslim olmur. 

Qandinin çox sevdiyim bir sözü var: “Tək başıma qalsam belə gülümsəməyə davam etməliyəm”.

Hakimiyyət son 30 ildə hər 10 ildən bir repressiya maşınını işə salıb, cəmiyyətin potensial etiraz ruhunun qarşısını alıb. Bu ənənəvi siyasət davam edəcək. O zamana qədər ki, biz çıxış yolunu hansısa Qərb ölkələrinin dəstəyində və ya mühacirətə getməkdə yox, məmləkətimizdə oturub yetər artıq deyə bilməkdə görəcəyik.

Bu yazını oxuyanda düşünə bilərsən ki, mən tək nə edə bilərəm, “bir güllə bahar olarmı” fikri beynindən mütləq keçəcək. Amma unutma, bir gül belə baharın gəlişini müjdələyir.

Bugün əlində ağıllı telefon varsa, sosial şəbəkədə aktivsənsə sənin haqqını müdafiə edən, sənin bu ölkədə azad və xoşbəxt yaşamağın üçün gəncliyini 4 kvadratlıq həbsxana hücrəsinə məhkum edən respublikaçıların səsi ola bilərsən.

Bizi dörd tərəfdən əhatə edən uzun və tikanlı məftilləri sizin dəstəyiniz yıxa bilər. Kiçik bir yazınız, bir xoş sözünüz, bir məktubunuz yazılan tarixdə sizi seyirci obrazından iştirakçı obrazına çevirəcək. Susmaq, seyrçi qalmaq və ya haradansa dəyişiklik rüzgarı gözləmək daha 30 il özünü aldatmaqdır.

Aristotel deyirdi ki, vərdişlərinizi dəyişsəniz, taleyinizi dəyişərsiniz. 
Gəlin birlikdə addım ataq. Hər şey sənin addımından asılıdır!

Sevgi və həqiqət qalib gələcək!


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6 May 2026

Sosial media

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyevə iki il yarım həbs cəzası verilib.  Bu barədə mayın 6-da Tovuz Rayon Məhkəməsində keçirilən yekun prosesdə qərar verilib. Ötən proseslərin birində dövlət ittihamçısı H.Vəliyevə 3 il həbs cəzası istəmişdi.  O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.  Hacı Vəliyev ötən il martın 31-də həbs olunub. O, müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınırdı. H.Vəliyev həbsindən bir neçə gün öncə polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan...
Məhkəmə

Rüfət Səfərov: “Fəxr edirəm ki, ölkədəki 400 siyasi məhbusdan biriyəm"

5 May 2026

Ülviyyə Quliyeva (VOA)

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Azadlıq Radiosu"nun xəbərinə görə, hakim Aygün Qurbanovanın sədrlik etdiyi prosesdə R.Səfərovun vəkili Rövşanə Rəhimli vəsatət verərək zərərçəkmiş qismində tanınmış Natiq İmanquliyevin telefon anten məlumatlarının mobil operatordan alınmasını istəyib.  Cinayət işi materiallarında R.Səfərovun N.İmanquliyevə xəsarət yetirdiyi barədə həkim rəyi olsa da, "zərərçəkən" özü ötən proseslərin birində vəkilin sualına cavab olaraq həmin klinikada olmadığını bildirib. R.Rəhimli vəsatəti belə əsaslandırıb ki, N.İmanquliyevin telefon anten məlumatları əsasında bu məsələyə aydınlıq gətirilə bilər.  Məhkəmə vəsatəti təmin edib.  Daha sonra çıxış edən R.Səfərov 3 May Ümumdünya Mətbuat Azadlığı...

Seçilmiş Videolar

Toplum TV loqo