İqtisadiyyat

İdxalda kəskin bahalaşma: Ərzaq və geyim məhsullarında rekord qiymət artımı

30 İyun, 2025
31

Foto: Shutterstock

Dövlət Statistika Komitəsinin (DSK) 2025-ci ilin aprel ayının yekunlarına dair açıqladığı xarici ticarət statistikasına görə, Azərbaycana idxal olunan əksər qida və qeyri-qida məhsullarının qiymətində kəskin bahalanma qeydə alınıb. 

Hesabatdan aydın olur ki, ilin 4 ayında ölkənin  ümumi idxalı orta hesabla 23 faiz bahalnsa da, ayrı-ayrı məhsul qrupları üzrə qiymət artmı daha yüksəkdir. 

Məsələn, ayyaqabı və baş geyiməri üzrə qiymət artımı 44 faizə, elektrik avadanlıqları 37 faizə, müxtəlif geyim məmulatları 40 faizə, heyan və bitki mənşəli yağlar 30 faizə yaxın olub.  

Konkret əmtəələrə gəldikdə isə, məsələn, ölkəyə gətirilən diri qoyunların idxal qiyməti 21,2 faiz , diri şəkildə idxal olunan ev toyuqlarının qiyməti 20,7 faiz, kərə yağının qiyməti 38 faiz , çayların qiyməti 23 faiz , günəbaxan yağı və  onun istehsalı üçün fraksiyaların qiyməti 50 faizə yaxın bahalanıb.

Gömrük daxilolmalarının dövlət büdcəsinin əsas gəlir mənbələrindən biri olduğu nəzərə alındıqda, idxalda qiymətlərin kəskin artımının gömrük xidmətinin vergi proqnozlarını yerinə yetirməsi üçün nə qədər əhəmiyyətli olduğu aydın görünür. 

İlin ilk 4 ayında dövlət büdcəsi gəlirlərinin tam 15 faizi məhz gömrük kanallarından formalaşıb.  İdxalda 23 faizlik qiymət artımı o deməkdir ki, biz ötən illə müqayisədə eyni malların istehlakına 23 faiz artıq pul ödəmişik. Bu isə eyni proporsiyada qiymət artımından gömrükçülərin havadan vergi gəlirləri qazanması deməkdir.

Ən maraqlı məqam budur ki, idxaldan yüksək asılılığı olan bir ölkədə idxalın bu cür kəskin bahalanması rəsmi inflyasiya göstəricilərinə nə dərəcədə təsir göstərir və ya həddən artıq yüksək səviyyədə siyasiləşmiş bir rəsmi statistika qurumu bu faktı hansı səviyyədə obyektiv bir şəkildə öz inflyasiya ölçmələrində nəzərə alır. 

Müstəqil ekspertlərin fikincə, bunu bilmək üçün 2 göstəriciyə baxmaq kifayətdir: 

1) Rəsmi elan olunan illik qida və qeyri-inflyasiyasının səviyyəsi; 

2) rəsmi statistika xidməti tərəfindən istehlak məntəqlərində (bazar və marketlərdə) aparılan qiymət müşahidələrinin elan olunan nəticəsi ilə gömrükdə qeydə olunan qiymət indeksi arasında fərq.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2025-ci ilin yanvar-aprel ayında əvvəlki ilin eyni dövünə nisbətən bütövlükdə istehlak qiymətləri 5,8 faiz, öz növbəsində qida məhsullarının qiyməti 6,2 faiz, qeyri-qida mallarının qiyməti 2,7 faiz artıb. 

Göründüyü kimi, bu göstəricilər idxal qiymətlərinin artım səviyyəsindən əhəmiyyətli dərəcədə geri qalır. Bu fərq konkret əmtəələrdə özünü göstərir və DSK-nın açıqladığı qiymət müşahidələrinin nəticələrində bunu görmək mümkündür. 

Məsələn, müşahidənin nəticəsinə görə, market şəbəkələrində satılan idxal kərə yağının qiyməti (2025-ci ilin apreli 2024-cü ilin aprelinə nisbətən) 20 faizdən də az bahalandığı halda, xarici ticarət statistikası xaricdən gətirilən kərə yağının hər kiloqramının qiymətinin 40 faizə yaxın bahalandığını göstərir. 

Belə ki, ötən ilin qeyd olunan dövründə Azərbaycana idxal olunan kərə yağının 1 kiloqramı 5,1 dollar olmuşdusa, bu il həmin rəqəm 2 dollardan çox artaraq 7,2 dollara çatıb. 

Yaxud rəsmi statistika südün müxtəlif növlərinin pərakəndə qiymətlərinin 2-3 ətrafında bahalndığını qeyd edir. Amma xarici ticarət statistikası südün təbii komponentlərindən hazırlanan məhuslların 38 faiz bahalndığını göstərir.

Yeri gəlmişkən, DSK-nın açıqlamasına görə, aprel ayında idxal olunan kərə yağının qiyməti 23,6 manat olsa da, gömrükdə qeydə alınan idxal qiyməti 12 manat olub. Mövcud gömrük qanunvericiliyinə görə, xaricdən alunan kərə yağının üzərində 23 faiz vergi yükü var (18 faiz ƏDV+5 faiz rüsum). Yəni vergi və nəqliyyat xərcləri nəzərə alınmaqla 1 kiloqram kərə yağı topdansatış şirkətlərinə 16 manata başa gəlir.

Bu qiymətlə son pərakəndə satış qiyməti arasındakı təxminən 50 faizlik qiymət əlavəsi göstərir ki, Azərbaycanda şəbəkə marketlər və idxalatdakı inhisarçılar kifayət qədər yüksək mənfəət marjası ilə işləyirlər.  

Marqlı və diqqətçəkən məqamlardan biri də budur ki, idxal statistikası ölkəyə son illər, o cümlədən 2025-ci ilin ilk 4 ayında mal və qoyun ətinin artdığını göstərsə də, DSK-nın qiymət monitorinqinə görə pərakəndə satış şəbəkələrində idxal ətinin satışı qeydə alınmır və bürün məhsulların yalnız yerli istehsal olduğu görünür.

İstənilən halda qida məhsullarının idxal və pərakəndə qiymətlərinin artım səviyyəsi arasında kəskin fərq ciddi suallar doğurur: həm gömrük xidmətinin daha çox vergi qopartmaq üçün minimum qiymət mexanizmi tətbiq etmək, həm də DSK-nın qiymət müşahidələrinin etibarlılığı baxımından.

"Toplum TV"


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Gürcüstan turizm gəlirlərində Azərbaycanı 3 dəfə üstələyib

23 İyun 2025

Foto: açıq mənbə

Mərkəzi Bankın 2025-ci ilin ilk 3 ayı üçün açıqladığı tədiyə balansı statistikası gəlmə turizmlə bağlı bəzi maraqlı məqamları ortaya çıxarır.  Məsələn, ötən ilin eyni dövrü ilə müqayisədə əcnəbilərin gəlişindən ölkəyə daxil olan vəsait 21 milyon dollar artaraq 380 milyon dollara çatıb.  Amma elə həmin hesabat onu da göstərir ki, bu artım şəxsi məqsədlər (turist kimi və istirahət) üçün ölkəyə gələnlərin hesabına yox, işgüzar səfərlər (məsələn, ölkədə təşkil olunan rəsmi tədbirlər, rəsmi şəxslərin və biznes nümayəndələrinin iş məqsədli səfərləri) hesabına olub. Belə ki, 2025-ci ilin ilk 3 ayında əcnəbi şəxslər hesabına ölkənin turizm gəlirləri 380 milyon dollar olub və əvvəlki ilin...
İqtisadiyyat

Rusiyanın iqtisadiyyat naziri: “Ölkə böhranın astanasındadır” 

20 İyun 2025

Foto: Getty Images

Rusiyanın iqtisadiyyat naziri Maksim Reşetnikov ölkəsinin iqtisadi böhranın astanasında olduğunu deyib.  Rusiya mətbuatı bildirir ki, nazir bunu iyunun 19-da Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda səsləndirib.  “Rəqəmlər iqtisadiyyatın “soyumağa” başladığını göstərir, amma bütün bu göstəricilər, əslində, keçmişə baxış kimidir. Hazırda bizneslərin vəziyyətinə və göstəricilərə əsaslansaq, mənə elə gəlir ki, biz artıq iqtisadi böhranın astanasındayıq”, - o qeyd edib.  2022-ci ilin fevralında Rusiyanın Ukraynanı işğal etməsindən sonra bir sıra sanksiyalarla üzləşən ölkə iqtisadiyyat, bu vaxta qədər, proqnozlardan daha yaxşı nəticə göstərib. Müdafiə xərclərinin yüksək olması iqtisadi artımı stimullaşdırıb və inflyasiyanı artırmasına baxmayaraq, işsizliyi aşağı səviyyədə saxlayıb.  Eyni zamanda, Rusiya hökuməti əməkhaqlarını inflyasiya ilə...

Seçilmiş Videolar

Toplum TV loqo