Dünya

Paşinyan: “Yeni konstitusiya referendumu 2026-cı il parlament seçkilərindən sonra keçiriləcək”

26 Noyabr, 2025
252

Foto: "Yerevan.today"

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, yeni konstitusiya üzrə referendum 2026-cı il parlament seçkilərindən sonra keçiriləcək. O iddia edib ki, yeni konstitusiya dövlətin uzunmüddətli sabitliyi üçün “zəruri aerodinamikanı” yaratmalı və ölkənin siyasi istiqamətini onilliklər üçün aydınlaşdırmalıdır.

“news. am” yazır ki, Yerevanda dövlət qurumlarının nümayəndələrinin ilk konfransında çıxış edən Paşinyan bildirib ki, yeni konstitusiyanın qəbulu islahata daha böyük legitimlik və geniş ictimai qəbul qazandıracaq.

“Siyasi qüvvələr seçki kampaniyası dövründə öz konstitusiya gündəmlərini seçicilərə təqdim edəcək, qalib gələn çoxluğun mövqeyi isə son layihənin formalaşmasında əsas rol oynayacaq. Konstitusiya dövlətin uzunmüddətli kursu üçün lazım olan aerodinamikanı təmin etməlidir”, - Paşinyan deyib.

Baş nazir iddia edib ki, hazırkı konstitusiya sistemi vətəndaşla dövlət arasında tarixi bir uzaqlaşma ilə xarakterizə olunur. Onun sözlərinə görə, xüsusən 1995-ci ildə və sonrakı illərdə keçirilən konstitusiya referendumları cəmiyyətə ölkənin hüquqi nizamının vətəndaşların azad iradəsindən qaynaqlandığını inandırmağa nail olmayıb. Paşinyan hesab edir ki, yeni konstitusiyanın qəbulu bu “daxili legitimliyi” bərpa etmək üçün zəruridir.

Paşinyan yenidən vurğulayıb ki, legitimlik Ermənistanın təhlükəsizliyinin vacib şərtidir və bu, müdafiə vasitələrinin əldə olunmasına da təsir göstərir. O xatırladıb ki, Ermənistanın xarici siyasətini postsovet respublikalarının beynəlxalq səviyyədə tanınmış sərhədlərini müəyyən edən 1991-ci il Almatı Bəyannaməsinə əsaslandırması ölkəyə əvvəllər əlçatan olmayan hərbi texnologiyalara çıxış imkanı yaradıb.

Baş nazir konstitusiya islahatlarını Ermənistan dövlətçiliyinin “davamlılığı” konsepsiyası ilə əlaqələndirib. O qeyd edib ki, dövlətçilik, kimlik və vətəndaşların “xoşbəxtliyi” hökumət siyasətinin qarşılıqlı bağlı hədəfləridir və dövlət institutlarının effektivliyi iqtisadi inkişafa xidmət etməlidir.

Ermənistanda müxalifəti yeni konstitusiyanın qəbuluna qarşı çıxır, seçiciləri onu rədd etməyə çağırırlar. Onlar Paşinyanın “dördüncü respublika” yaratmaq planlarını tənqid ediblər. “Müxalif Erməni Milli Konqresinin” nümayəndəsi Levon Zurabyan deyib ki, N.Paşinyanın ‘dördüncü respublika’ elan etməsi özünün və partiyasının “erməni xalqına yaşatdığı fəlakətlərə görə məsuliyyətdən və günahdan yayınmaq cəhdidir”: “Bu, həm də Azərbaycanın konstitusiya dəyişiklikləri ilə bağlı tələblərini yerinə yetirmək üçün yaradılan saxta pərdədir.”


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır

17 İyul 2026

Centcom

ABŞ və İran arasında davam edən qarşıdurma fonunda tərəflər qarşılıqlı zərbələri davam etdirir. Son hücumlarda İranın cənubundakı hərbi obyektlərlə yanaşı, Körfəz regionunda yerləşən strateji infrastrukturun da hədəfə alındığı bildirilir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 16-da İran ərazisində növbəti hava zərbələri endirdiyini açıqlayıb. Məlumata görə, hücumlar İranın cənubundakı hərbi obyektlərə, hava hücumundan müdafiə sistemlərinə, radar qurğularına və logistika infrastrukturuna yönəlib. Tehran isə cavab olaraq Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib. İran rəsmiləri Suriyadakı ABŞ mövqelərinin də hədəfə alındığını bildiriblər. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə Bəhreyn, Küveyt və Oman istiqamətində raket hücumları həyata keçirdiyini iddia edib. Küveytin...
Dünya

Vens: “İsraildə bizi İranla danışıqlardan çəkindirmək istəyənlər var”

16 İyul 2026

Government Press Office

ABŞ vitse-prezidenti Ceyms Vens növbəti dəfə İsraili ölkəsi ilə İran arasında danışıqlara müdaxilə etməkdə ittiham edib.  O, iyulun 15-də yayımlanan müsahibədə podkastçı Co Roqana deyib ki, İsraildə bəzi hökumət üzvləri ABŞ-İran danışıqlarına təsir etməyə çalışır.  “Şübhəsiz ki, İsrail hökuməti daxilində İrana qarşı hərbi kampaniyanı davam etdirmək istədikləri üçün bizi danışıqlar siyasətindən uzaqlaşdırmağa çalışan insanlar var. Həmçinin, şübhəsiz ki, onların sistemində bəzi insanlar var ki, müharibəni qeyri-müəyyən müddətə davam etdirmək üçün Amerika ictimai rəyini manipulyasiya edir və dəyişdirməyə çalışırlar. Yenə də, heç bir məqsədə doğru deyil, sadəcə qeyri-müəyyən müddətə”, - o qeyd edib.  Vens daha öncə də İsrail hökumətini İranla anlaşmaya...

Seçilmiş Videolar

Toplum TV loqo