Foto: primeminister.am
Ermənistanın Baş naziri Nikol Paşinyan “Zəngəzur dəhlizi” ifadəsi ilə bağlı açıqlama verib.
“Armenpress” yazır ki, Paşinyan bu barədə parlamentdə Nazirlər Kabinetinin üzvləri ilə sual-cavab sessiyası zamanı danışıb.
O bildirib ki, söhbət əslində Horadiz-Zəngilan yolundan gedir və bu yol Ermənistan sərhədinə qədər uzana bilər, amma Ermənistanın ərazisinə daxil olmur.
“Azərbaycan "Zəngəzur dəhlizi" deyirsə, qoy desin. Mən tam əminliklə deyə bilərəm ki, Ermənistan ərazisində belə bir dəhliz yoxdur. Bunu təkcə öz imzamla yox, həm də Azərbaycan prezidenti İlham Əliyevin imzası ilə sübut edə bilərəm”, - Paşinyan qeyd edib.
O əlavə edib ki, yolun “Zəngəzura aparan marşrut” adlandırılması mümkündür, amma bunun Ermənistanın ərazisi ilə bağlılığı yoxdur:
“Azərbaycan istəsə, ona "Albert Eynşteyn" də deyə bilər. Bu, bizim suverenliyimizə aid məsələ deyil”.
Baş nazir həmçinin vurğulayıb ki, Ermənistan ərazisində həyata keçirilən layihələrin adını müəyyən etmək üçün kimsədən icazə almağa ehtiyac yoxdur:
“Bizim "Sülhün kəsişməsi" layihəmiz var. Rəsmi ad TRIPP-dir (Trump Route for International Peace and Prosperity). Bunların heç birinin "Zəngəzur dəhlizi" ilə əlaqəsi yoxdur”.
Avqustun 8-də Ağ Evdə ABŞ prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında sülh bəyanatı imzalanıb.
Bundan əlavə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri iki ölkə arasında sülh sazişinin mətnini paraflayıblar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır
Centcom
Government Press Office
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"