Foto: açıq mənbə
Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək "Tramp marşrutu"nun 99 və ya 49 illiyə ABŞ-yə icarəyə veriləcəyini deyib.
"Armenpress" agentliyinin məlumatına görə, baş nazir bunu noyabrın 14-də Yerevanda sülh mövzusunda konfransda bildirib.
Paşinyanın sözlərinə görə, marşrutun idarəetməsi üçün ABŞ və Ermənistan birgə hüquqi şəxs yaradacaq. "Bu, ABŞ və Ermənistan tərəfindən birgə təsis edilmiş şirkət olacaq, şirkətin idarə heyətində də həm Ermənistan, həm də ABŞ təmsil olunacaq", - o qeyd edib.
Baş nazir əlavə edib ki, Ermənistan "strateji əhəmiyyət kəsb edən məsələlərdə həlledici səs hüququna sahib olacaq."
Onun sözlərinə görə, marşrut üzərində tikinti hüququnun müddəti bitdikdən sonra həmin infrastruktur həmişəlik Ermənistan Respublikasının mülkiyyətində qalacaq. O, xarici şirkətlərə tikinti hüququnun ya 99, ya 49 illiyə icarəyə verilməsinin müzakirə olunduğunu deyib.
Paşinyan müddətin qısa olmamasını belə izah edib: “O torpağı 5 illik verdiyimizi desək, heç kim investisiya etməyəcək, çünki 5 ildə həmin investisiyanı geri almaq ağlabatan deyil."
Ermənistan baş naziri həm də məlumat verib ki, Kopenhagendə Azərbaycan prezidenti ilə marşrutun layihəsinə haradan başlamaq barədə müzakirə aparıb. "İlkin müzakirələr nəticəsində razılığa gəldik ki, layihəni ən sürətli həyata keçirməyin yolu elektrik xətləri və qaz kəməri qurmaqdır. Lakin bu, yalnız ilkin anlaşmadır", - o əlavə edib.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. Sənəd iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin edilməsini nəzərdə tutur.
ABŞ prezidenti Donald Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirəcək “Tramp marşrutu”nun 99 illiyə ABŞ-yə verilməsini nəzərdə tutan sənədin, eləcə də Vaşinqtonun hər iki ölkə ilə ikitərəfli sənədlər imzaladığını bəyan edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır
Centcom
Government Press Office
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"