Dünya

Putin "Rusiyanın maraqlarına zidd" hərəkətlər üçün ölkədən gedənlərin əmlakının müsadirəsinə icazə verdi

11 İyun, 2026
71

ria.ru

Rusiya prezidenti Vladimir Putin “ölkənin maraqlarına qarşı fəaliyyətə” görə ölkəni tərk etmiş rusların  əmlakının müsadirə olunmasına (həbs qoyulmasına) icazə verən qanunu imzalayıb. Qanun sentyabrın 1-dən qüvvəyə minəcək.

Bu təşəbbüs xaricdə yaşayan Rusiya vətəndaşlarının inzibati məsuliyyətə cəlb oluna biləcəyi İnzibati Xətalar Məcəlləsinin maddələrinin siyahısını genişləndirir.

Bu maddələrə “xarici agent” fəaliyyət qaydalarının pozulması, kütləvi informasiya vasitələrinin azadlığından sui-istifadə, terrorçu və ya ekstremist fəaliyyətə çağırışlar, hakimiyyətə və cəmiyyətə hörmətsizlik, həmçinin nifrətin qızışdırılması daxildir.

Siyahıya həmçinin Rusiyanın ərazi bütövlüyünün pozulmasına və sanksiyaların tətbiqinə çağırışlar, Rusiya ordusunun “nüfuzdan salınması” və “nasizmin bəraətləndirilməsi” ilə bağlı maddələr də daxil edilib.

Bu maddələr üzrə məsuliyyətə cəlb ediləcək şəxslər xaricdə olduqları üçün inzibati həbs və icbari işlər kimi cəzaların tətbiqi nəzərdə tutulmur. Yalnız cərimələr qüvvədə qalacaq.

Cəzanın icrasını təmin etmək məqsədilə belə işlər üzrə təqsirləndirilən şəxslərin əmlakına artıq inzibati protokol tərtib edilən mərhələdə təminat tədbiri kimi həbs qoyulması təklif edilir. Bu barədə qərarı məhkəmə verməlidir.

Sənəd 2024-cü ilin oktyabrında Tatarıstan Dövlət Şurası tərəfindən təqdim edilmişdi və 2025-ci ilin mayında birinci oxunuşda qəbul olunmuşdu. İkinci oxunuşa qədər qanun layihəsi əhəmiyyətli dərəcədə yenidən işlənib; xüsusilə də Rusiyada mühacirlərin təqib ediləcəyi İnzibati Xətalar Məcəlləsi maddələrinin siyahısı əlavə olunub. 

Mayın sonunda Rusiya Dövlət Duması qanun layihəsini dərhal ikinci və üçüncü oxunuşlarda qəbul edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

NATO Baltik səmasında təhlükə yaradan hərbi təyyarələrin vurulmasına icazə verdi

10 İyul 2026

NATO Air Command

NATO Baltik ölkələrinin hava məkanını patrul edən hərbi hava qüvvələrinin missiyasının statusunu genişləndirir. Yeni qərara əsasən, NATO qırıcılarının pilotları hava məkanını pozan və təhlükə yaradan pilotsuz uçuş aparatlarını, eləcə də hərbi təyyarələri siyasi icazə almadan vurmaq səlahiyyəti alacaqlar. "NATO Baltik ölkələrinin hava məkanının patrul missiyasını hava hücumundan müdafiə missiyasına çevirir. Bu, Alyansa daha böyük çeviklik qazandıracaq və havadan gələn təhdidlərə daha sürətli reaksiya verməyə imkan verəcək", - Estoniyanın xarici işlər naziri Marqus Tsaxna "X" hesabında yazıb. Nazir bildirib ki, Estoniyadakı "Əmari" aviabazası bundan sonra NATO-nun rəsmi əməliyyat bazası kimi fəaliyyət göstərəcək. Estoniyanın müdafiə naziri Hanno Pevkur isə ERR-ə deyib ki,...
Dünya

Tramp Ukraynaya "Patriot" raketlərinin istehsalı üçün lisenziya verməyə söz verib 

9 İyul 2026

president.gov.ua

ABŞ prezidenti Donald Tramp Ukraynaya "Patriot" raketlərinin istehsalı üçün lisenziya verməyə söz verib.  O, bunu iyulun 8-də Ankarada Şimali Atlantik Müqaviləsi Təşkilatının (NATO) sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə deyib. "Biz başa salandan sonra özləri tez bir zamanda istehsal edə biləcəklər. Bundan sonra [Zelenski] daha şikayət etməyəcək ki, bəs niyə bizə "Patriot" vermirsiniz", - o qeyd edib.  Tramp əlavə edib ki, bu barədə ABŞ şirkətlərinə hələ təlimat verməyib, amma bunun problem olacağını düşünmür.  Dünyanın ən yaxşı hava müdafiə sistemlərindən hesab olunan "Patriot" raketləri qarşı tərəfin atdığı raketləri havada aşkarlayıb məhv edə bilir. Eyni zamanda, onlar ən bahalı sistemlər...

Seçilmiş Videolar

Toplum TV loqo