"Reuters": Ukrayna son bir həftədə 3-cü dəfə Rusiyanın Xəzərdəki neft platformasını vurub
Foto: AFP/Getty Images
Ukrayna ordusunun son bir həftədə üçüncü dəfə Xəzər dənizində Rusiyaya məxsus neft platformasına zərbə endirdiyi bildirilir.
Bu barədə "Reuters" agentliyi Ukraynanın təhlükəsizlik xidmətindəki adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, hücum uzaqmənzilli dronlarla həyata keçirilib və Korçaqin neft platformasını hədəf alıb.
Ukrayna rəsmiləri xəbərə hələ ki münasibət bildirməyib. Bundan əvvəlki analoji hücumlar isə rəsmi olaraq təsdiqlənib.
Dekabrın 12-də Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmisi ordunun Xəzərdəki Filanovksi və Korçaqin platformalarına hücum etdiyini bildirib. Həftənin əvvəli isə təkcə Filanovksi hədəf alınıb.
Hər iki platforma "Lukoil" şirkətinə məxsusdur. Platformalara zərər haqda məlumat olmasa da, işlərin dayandırıldığı bildirilir.
Bu, Ukraynanın 2022-ci ildən bəri Rusiya ilə müharibədə etdiyi ilk belə hücumlardır.
Ukrayna rəsmiləri bunu Rusiyanın işğalçı müharibənin maliyyələşməsini dayandırmağa çalışmaqla əsaslandırırlar.
Rusiya tərəfi isə ənənəvi olaraq bu cür hücumları mülki infrastruktura zərbə və terrorizm aktı kimi qiymətləndirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır
Centcom
Government Press Office
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"