Dünya

Rusiya hökuməti bəzi bölgələrdə mobil internetə girişi qadağan edib

12 Noyabr, 2025
250

Foto: EPA-EFE

Rusiyanın Ulyanovsk vilayətində yerli hakimiyyət orqanları bəzi bölgələrdə mobil internetə çıxışın “federal hakimiyyətin qərarı ilə” qeyri-müəyyən müddətə dayandırıldığını bildiriblər.

Rəsmilərin sözlərinə görə, bu qərar yalnız Ulyanovsk vilayətinə aid deyil.

“Qadağa təkcə Ulyanovskda deyil, Rusiyanın müxtəlif regionlarında, əsasən xüsusi təyinatlı obyektlərin yaxınlığında tətbiq olunur. Keçən həftə federal mərkəz belə obyektlərin ətrafında təhlükəsizlik zonalarının genişləndirilməsi barədə qərar qəbul edib. Bu, hücum dövrü üçün müvəqqəti tədbir deyil, daimi məhdudiyyətdir. Regional hakimiyyətlər bu qərara təsir göstərə bilmirlər”, - rəsmilərdən biri mətbuat konfransında deyib.

Məlumata görə, məhdudiyyətlərin qüvvədə olduğu ərazilərdə internet yalnız “ağ siyahılar” üzrə işləyəcək. 

Yəni hökumət tərəfindən icazə verilmiş saytlar açılacaq. Bu siyahıya “Gosuslugi” (Dövlət xidmətləri portalı), “Yandex” xidmətləri, “VKontakte”, “Odnoklassniki”, “Ozon” və “Wildberries” platformaları, eləcə də “Mir” ödəniş sistemi daxildir.

“Na svyazi” layihəsinin məlumatına əsasən, bəzi bölgələrdə mobil internet artıq bir həftədən çoxdur ki, əlçatan deyil.

Bundan əvvəl məlum olmuşdu ki, Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi rabitə haqqında qanuna dəyişikliklər layihəsi hazırlayıb. Yeni təkliflərə görə, internet operatorları Federal Təhlükəsizlik Xidmətinin (FSB) sorğusu əsasında rabitə xidmətlərini dayandırmalı olacaqlar. Ekspertlər hesab edirlər ki, hakimiyyət bu yolla ölkədə internetə çıxışın məhdudlaşdırılmasını qanuniləşdirmək istəyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır

17 İyul 2026

Centcom

ABŞ və İran arasında davam edən qarşıdurma fonunda tərəflər qarşılıqlı zərbələri davam etdirir. Son hücumlarda İranın cənubundakı hərbi obyektlərlə yanaşı, Körfəz regionunda yerləşən strateji infrastrukturun da hədəfə alındığı bildirilir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 16-da İran ərazisində növbəti hava zərbələri endirdiyini açıqlayıb. Məlumata görə, hücumlar İranın cənubundakı hərbi obyektlərə, hava hücumundan müdafiə sistemlərinə, radar qurğularına və logistika infrastrukturuna yönəlib. Tehran isə cavab olaraq Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib. İran rəsmiləri Suriyadakı ABŞ mövqelərinin də hədəfə alındığını bildiriblər. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə Bəhreyn, Küveyt və Oman istiqamətində raket hücumları həyata keçirdiyini iddia edib. Küveytin...
Dünya

Vens: “İsraildə bizi İranla danışıqlardan çəkindirmək istəyənlər var”

16 İyul 2026

Government Press Office

ABŞ vitse-prezidenti Ceyms Vens növbəti dəfə İsraili ölkəsi ilə İran arasında danışıqlara müdaxilə etməkdə ittiham edib.  O, iyulun 15-də yayımlanan müsahibədə podkastçı Co Roqana deyib ki, İsraildə bəzi hökumət üzvləri ABŞ-İran danışıqlarına təsir etməyə çalışır.  “Şübhəsiz ki, İsrail hökuməti daxilində İrana qarşı hərbi kampaniyanı davam etdirmək istədikləri üçün bizi danışıqlar siyasətindən uzaqlaşdırmağa çalışan insanlar var. Həmçinin, şübhəsiz ki, onların sistemində bəzi insanlar var ki, müharibəni qeyri-müəyyən müddətə davam etdirmək üçün Amerika ictimai rəyini manipulyasiya edir və dəyişdirməyə çalışırlar. Yenə də, heç bir məqsədə doğru deyil, sadəcə qeyri-müəyyən müddətə”, - o qeyd edib.  Vens daha öncə də İsrail hökumətini İranla anlaşmaya...

Seçilmiş Videolar

Toplum TV loqo