Rusiya neftini daşıdığına görə limanlara buraxılmayan tankerlərin sayı artır
Reuters
ABŞ-nin yeni sanksiyalarından sonra lövbər atmaq məcburiyyətində qalan tankerlərin sayı 65-ə çatıb. Bunlar Rusiya neftini daşıyan tankerlərdir.
Beş tankerin Çin sahillərində, yeddisinin Sinqapurda, digərlərininsə Baltik dənizində və Uzaq Şərqdə ilişib qaldığı bildirilir.
“Reuters” agentliyi bunu gəmi izləmə xidmətinin məlumatlarına istinadən yazıb. Xəbərdə həmçinin qeyd olunur ki, tankerlərin bəziləri İran limanlarında, digərləri isə Süveyş kanalı yaxınlığındadır.
Ötən cümə Vaşinqton Rusiyanın ən böyük neft şirkətlərinə və Rusiya neftinin daşıyıcılarına qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər Rusiya neftini daşıyan “kölgə donanması” tankerlərinə də şamil edilir.
“Reuters” analitiklərə istinadən yazır ki, dünya üzrə bütün tankerlərin 10%-i artıq sanksiyalar altındadır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Ukrayna dronları Bryansk, Engels, Saratov və Aleksindəki zavodları vurublar – UTX-dəki mənbə
"Degpunkta"
Zelenski və Makron Ukraynaya Qərb qoşunlarının yerləşdirilməsi məsələsini müzakirə ediblər
Le Monde
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?