açıq mənbədən götürülüb
Rusiya İstintaq Komitəsi yazıçı Mixail Lermontovun qətli ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə Rusiya Dövlət Dumasının deputatı Nikolay Burlyaev məlumat verib.
“İstintaq Komitəsindən cavab gəlib, əsaslı birgə işə, o cümlədən texniki işlərə başlanılıb. Biz onun gedişi və nəticələri barədə məlumat verəcəyik”, - deputat vurğulayıb.
Burlyayev İstintaq Komitəsinə müvafiq sorğu ilə müraciət göndərib.
Sorğuda bildirilib ki, uzun illər lermontovşünaslar, kriminoloqlar, ballistik mütəxəssislər və həkimlər yazıçının ölümündən dərhal sonra 1841-ci ildə aparılan istintaqın düzgün aparılmadığını qeyd ediblər.
Burlyaevin sözlərinə görə, Lermontovun ölümü duel deyil, qətl nəticəsində baş verib.
Mixail Lermontov 26 yaşında vəfat edib. Rəsmi versiyaya görə, o, dueldə ölüb.
İstefada olan mayor Nikolay Martınovla ölümcül duel 1841-ci il iyulun 21-də Maşuk dağının ətəyində baş verib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
Getty Images
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”