Foto: BMT
Sloveniya hökuməti sentyabrın 25-də İsrail baş naziri Benyamin Netanyahuya səyahət qadağası qoyub.
Sloveniya bu qərarı verən ilk Avropa İttifaqı (Aİ) ölkəsi olub.
Avqustda da Sloveniya İsrailə silah satışı qadağası qoyan ilk Aİ ölkəsi olmuşdu. Bundan əvvəl isə ölkə israilli nazirlər İtamar Ben Qvir və Becalel Smotriçə də fələstinlilərə qarşı soyqırımına çağırış ittihamı ilə sanksiya tətbiq etmişdi.
Sloveniya 2024-cü ilin iyununda Fələstin dövlətini tanıyıb və hökumət üzvləri ardıcıl olaraq İsrailin Qəzzada apardığı müharibəni tənqid edib.
Ölkə prezidenti Natasa Pirk Musar İsrailin Qəzzada apardığı müharibəni "soyqırımı" adlandırıb.
Sentyabrın 23-də BMT Baş Assambleyasında çıxış edən Musar müharibənin dayandırılması üçün çağırış edib.
“Biz doğru olanı etməliyik. Holokostu dayandırmadıq, Ruandadakı soyqırımı dayandırmadıq, Srebrenitsadakı soyqırımı da dayandırmadıq. Qəzzadakı soyqırımı dayandırmalıyıq. Artıq heç bir bəhanə yoxdur. Heç bir", - o deyib.
Benyamin Netanyahu haqqında Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) müharibə cinayətləri ittihamı ilə həbs orderi var.
İsrail baş naziri sentyabrın 25-də Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında çıxış etmək üçün BCM-yə üzv olmayan ABŞ-yə təyyarə ilə yola düşüb.
Uçuş monitorinqi saytları baş nazirin təyyarəsinin Avropa ölkələri üzərindən deyil, Aralıq dənizi üzərindən uçmasını qeydə alıblar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır
Centcom
Government Press Office
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"