ABŞ-ın Britaniyadakı hərbi bazalarının yaxınlığında dronlar müşahidə edilib
publika.az
ABŞ-ın Britaniyadakı üç aviabazasının üzərində naməlum dronlar müşahidə edilib. Hazırda Britaniya hərçiləri onları axtarırlar (https://t.me/bbcrussian/73407).
Britaniyanın hərbi ekspertləri bu cihazları kimin göndərdiyini müəyyən etməyə çalışırlar. BBC-nin əldə etdiyi məlumata görə, təhqiqatda Kral Hərbi Hava Qüvvələrinin 60-a yaxın əməkdaşı iştirak edir.
Suffolk qraflığındakı Leykenhit və Mildenholl bazaları ərazisində, eləcə də qonşu Norfolk qraflığındakı Feltvell bazasının ərazisində dronlar keçən həftə müşahidə edilib. Ötən gecə isə hərbiçilər daha bir neçə dron aşkar ediblər. ABŞ Hərbi Hava Qüvvələri cihazların sayca az və kiçik ölçülü olduğunu açıqlayıb.
Qurumun sözçüsü bildirib ki, dronlar “yerli sakinlərə və ya infrastruktura heç bir şəkildə təsir etməyib və təhlükəli cihazlar olaraq müəyyən edilməyib”.
BBC-də olan məlumata görə, hadisənin arxasında hansısa xarici ölkənin ola biləcəyilə bağlı narahatlıqlar var. Amma bununla bağlı hər hansı informasiya verilmir.
Son aylarda Britaniya kəşfiyyatı bir neçə dəfə xəbərdarlıq edib ki, Rusiya Ukraynanı dəstəkləyən Qərb ölkələrinə qarşı təxribat əməliyyatlarını gücləndirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Avstraliyanın Nümayəndələr Palatası uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun qəbul etdi
mja.com.au
açıq mənbədən götürülüb
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
Ukraynaya nüvə hücumu sınaqdan keçirildi: Putini dayandıran olacaqmı?
Hikmət Hacıyev təqsirsizlik prezumpsiyasını pozub - Fakt Yoxla araşdırıb