Siyasət

Kredit borcuna görə Fəzail Ağamalı, övladları və nəvələri məhkəməyə verilib

27 Noyabr, 2024
9

Qafqazinfo

"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti kredit müqaviləsinə dair mübahisəyə görə keçmiş deputat Fəzail Ağamalı və övladları Elçin Ağamalı, Günay Ağamalı və Yalçın Ağamalını məhkəməyə verib. 

Bu haqda Qaynarinfo məlumat verir.

O da qeyd olunur ki, "Aqrarkredit" QSC Fəzail Ağamalı və övladları ilə yanaşı, "Agricola" şirkətini və keçmiş deputatın nəvələri Samirə Ağamalı, Kamran Ağamalı və Orxan Ağamalını, həmçininSuğra  İmanova adlı vətəndaşı da məhkəməyə verib.

"Agricola" MMC-nin kimə məxsus olması haqqında açıq mənbələrdə məlumat yoxdur. Hətta Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında belə, şirkətin adına rast gəlinmir. 

Qaynarinfo-ya açıqlama verən F.Ağamalı məlumatı təsdiqləyib və bildirib ki, kredit bir neçə ilə əvvəl "Agricola" şirkəti üçün götürülsə də, pandemiya dövründə şirkətin işləri yaxşı getmədiyindən ödəmələrdə problem yaranıb. Keçmiş deputat artıq kreditin hissə-hissə ödənilməsi ilə bağlı  "Aqrarkredit"lə razılığa gəlindiyini bildirib.

O, kreditin məbləğini açıqlamaq istəməyib.

Hökumətyönlü Ana Vətən partiyasının qurucusu Fəzail Ağamalı Milli Məclisin 6 çağırış üzrə deputatı olub. Amma son parlament seçkilərinə qatılmayıb. Bu dəfəki seçkidə onun qızı Günay Ağamalı namizədliyini irəli sürüb və 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən mandat qazanıb. 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Özgür Özəl: “Azərbaycan seçkilərdə açıq şəkildə AKP-ni dəstəkləmişdi”

27 Noyabr 2024

Habertürk

Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl türk dünyası ilə əlaqələrin inkişafı istiqamətində çalışdıqlarını deyib. Bu gün “Halk TV”-nin səhər proqramının qonağı olan Özəl qeyd edib ki, CHP beynəlxalq təşkilatlarda Quzey Kıbrıs Türk Cümhuriyyətinin və Azərbaycanın maraqlarını müdafiə edir. O, “Sosialist İnternasional”ın toplantısında daşnakların təmsilçisi Azərbaycan əleyhinə çıxış edərkən CHP nümayəndəsinin ona cavab verdiyini bildirib.  “Keçmişdə Azərbaycanla aramızda kommunikasiya xətaları  vardı. Bilirsiniz, 14 may 2023-cü il seçkilərində onlar açıq şəkildə AK Partini dəstəkləmişdilər. Buna çox üzülmüşdük. Amma biz körpüləri yandırmaq əvəzinə, dialoq qurmağa, öz mövqeyimizi doğru anlatmağa və Azərbaycanın bizim üçün önəmini izah etməyə çalışırıq” deyə,...
Siyasət

Zümrüd Yağmurun axtarışa verildiyi deyilir

27 Noyabr 2024

açıq mənbədən götürülüb

Abşeron rayon Məhkəməsinin yazıçı Zümrüd Yağmur (Abıyeva) haqqında axtarış elan etdiyi deyilir.  Bu haqda “Qafqazinfo” onun bacısı Sürəyya Ağayevaya istinadən məlumat yayıb. Sürəyya Ağayeva onun Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib. Bildilrilir ki, Zümrüd Yağmur barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilsə də, o ölkəni tərk edib. Yazıçı bununla bağlı Meydan TV-yə danışıb və hakimiyyətyönlü medianın onun mövqeyini almadan xəbər yazmasını özünə qarşı qərəzin nümunəsi kimi qiymətləndirib. O, sözügedən məhkəmə prosesinin 2021-ci ildən davam etdiyini bildirib: “Sürəyya Ağayeva guya ona “təcavüzkarın anası” dediyim üçün 2021-ci ildə xüsusi...

Seçilmiş Videolar

Toplum TV loqo