Siyasət

Özgür Özəl: “Azərbaycan seçkilərdə açıq şəkildə AKP-ni dəstəkləmişdi”

27 Noyabr, 2024
12

Habertürk

Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl türk dünyası ilə əlaqələrin inkişafı istiqamətində çalışdıqlarını deyib. Bu gün “Halk TV”-nin səhər proqramının qonağı olan Özəl qeyd edib ki, CHP beynəlxalq təşkilatlarda Quzey Kıbrıs Türk Cümhuriyyətinin və Azərbaycanın maraqlarını müdafiə edir. O, “Sosialist İnternasional”ın toplantısında daşnakların təmsilçisi Azərbaycan əleyhinə çıxış edərkən CHP nümayəndəsinin ona cavab verdiyini bildirib. 

“Keçmişdə Azərbaycanla aramızda kommunikasiya xətaları  vardı. Bilirsiniz, 14 may 2023-cü il seçkilərində onlar açıq şəkildə AK Partini dəstəkləmişdilər. Buna çox üzülmüşdük. Amma biz körpüləri yandırmaq əvəzinə, dialoq qurmağa, öz mövqeyimizi doğru anlatmağa və Azərbaycanın bizim üçün önəmini izah etməyə çalışırıq” deyə, CHP lideri vurğulayıb.

Özgür Özəl CHP-nin digər türk cümhuriyyətləri və Orta Şərq ölkələrilə də ikitərəfli əlaqələr qurmaq, Avropa ilə əlaqələri daha da inkişaf etdirmək istiqamətində iş apardığını bildirib. 

Noyabrın 8-də Özgür Özəl və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Özəl CHP-nin keçmiş lideri, təcrübəli dövlət xadimi Hikmət Çətinlə bərabər Azərbaycana səfər etmək istədiyini deyib, İ.Əliyev isə onları məmnuniyyətlə qəbul edəcəyini söyləyib. Bu telefon danışığından sonra İstanbul böyük şəhər bələdiyyəsinin başqanı, CHP-nin prezidentliyə potensial namizədi Əkrəm İmamoğlu noyabrın 13-də COP29-a qatılmaq üçün Azərbaycana gəlib, onu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qəbul edib.

“Toplum TV”

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Zümrüd Yağmurun axtarışa verildiyi deyilir

27 Noyabr 2024

açıq mənbədən götürülüb

Abşeron rayon Məhkəməsinin yazıçı Zümrüd Yağmur (Abıyeva) haqqında axtarış elan etdiyi deyilir.  Bu haqda “Qafqazinfo” onun bacısı Sürəyya Ağayevaya istinadən məlumat yayıb. Sürəyya Ağayeva onun Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib. Bildilrilir ki, Zümrüd Yağmur barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilsə də, o ölkəni tərk edib. Yazıçı bununla bağlı Meydan TV-yə danışıb və hakimiyyətyönlü medianın onun mövqeyini almadan xəbər yazmasını özünə qarşı qərəzin nümunəsi kimi qiymətləndirib. O, sözügedən məhkəmə prosesinin 2021-ci ildən davam etdiyini bildirib: “Sürəyya Ağayeva guya ona “təcavüzkarın anası” dediyim üçün 2021-ci ildə xüsusi...
Siyasət

Həbsdəki tədqiqatçının filmi festivalda ən yaxşı filmlər siyahısına daxil edilib

27 Noyabr 2024

hurriyet

Həbsdə olan tədqiqatçı İqbal Əbilovun "Fraqmentlər" adlı qısametrajlı filmi Prisma Awards – Rome Independent Film Award çərçivəsində oktyabrın ən yaxşı filmləri siyahısına daxil edilib (Turan).  Bu haqda Əbilovun müdafiəsi üzrə beynəlxalq kampaniyanın məlumatında deyilir. Prisma Awards müstəqil kinonu təbliğ edən beynəlxalq  platformadır. Hər ay Romada müsabiqələr keçirilir və ən yaxşı filmlər tarixi Cinema Farnese kinoteatrında illik mərasimə qatılmaq  imkanı qazanır. Bundan əvvəl Əbilovun "Fraqmentlər" filmi Monza (İtaliya) beynəlxalq kinofestivalında "ən yaxşı elmi-fantastik film" nominasiyasında mükafata layiq görülüb. "Fraqmentlər" adlı qısametrajlı bədii film 2023-cü ildə çəkilib və süni intellekt mövzusuna həsr olunub.  İqbal Əbilov bu il iyulun 22-də dövlətə xəyanət, xarici...

Seçilmiş Videolar

Toplum TV loqo