Dünya

Avstraliyanın Nümayəndələr Palatası uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun qəbul etdi

27 Noyabr, 2024
8

mja.com.au

Noyabrın 27-də Avstraliyanın Nümayəndələr Palatası 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun qəbul edib (Associated Press).
Bu qanun “TikTok”, “Facebook”, “Snapchat”, “Reddit”, “X” və “Instagram” platformalarının uşaqlara hesab açmasını qadağan edir, buna əməl etməyən sosial şəbəkələr 33 milyon dollara qədər cərimələnəcəklər. Bundan başqa, istifadəçilərdən sənəd tələb etmək də cərimə təhlükəsi yaradacaq. Hesab açmaq istəyənlərin yaşı texnologiyalar vasitəsiləsi müəyyənləşdiriləcək. Belə texnologiyaların öyrənilməsi üçün hökumət Britaniyanın “Age Check Certification Scheme” şirkətilə müqavilə imzalayıb. 
Qanun layihəsini parlamentə rabitə naziri Mişel Rouland təqdim edib. Onun sözlərinə görə, Avstraliyada valideynlərin və qəyyumların 95%-i onlayn təhlükəsizliyi ən böyük problemlərdən biri hesab edir. Bəzi ekspertlər Baş nazir Entoni Albanezeyə məktub yazaraq qanunu tənqid ediblər. Onlar ehtiyat edirlər ki, sosial mediaya qoyulan qadağa uşaqları təcrid edəcək, öz problemlərini açıq şəkildə paylaşmalarına mane olacaq və məzmunların moderasiya edildiyi sosial mediadan daha təhlükəli platformalara yönəldəcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Gürcüstanın prezidenti Rusiyanın ən yaxşı futbolçularından biri olacaq

27 Noyabr 2024

açıq mənbədən götürülüb

Hakim “Gürcü Arzusu” Partiyası ölkə prezidenti postuna keçmiş futbolçu, deputat Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb. Bu barədə “Gürcü Arzusu”nun mərkəzi ofisində keçirilən brifinqdə partiyanın təsisçisi Bidzina İvanişvili məlumat verib (https://aif.ru/politics/world/eks-futbolist-kavelashvili-stal-kandidatom-v-prezidenty-gruzii). “Şadam ki, partiyanın Siyasi Şurasının qərarına uyğun olaraq Gürcüstan prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyini irəli sürürəm” – İvanişvili belə deyib. O qeyd edib ki, siyasi fəaliyyətə başlamazdan əvvəl Kavelaşvili “Gürcüstan üçün vacib olan bütün məsələlərdə kompromissiz, prinsipial mövqe nümayiş etdirib”, parlamentin üzvü olduqdan sonra isə “ölkənin maraqlarının qorunmasına və suverenliyinin möhkəmlənməsinə böyük töhfə verib”.  İvanişvili əmindir ki, Kavelaşvili prezident institutunun “müvəqqəti olaraq əlindən alınan şərəfini ” qaytaracaq və “prezidentin xəyanət...
Dünya

ABŞ-ın Britaniyadakı hərbi bazalarının yaxınlığında dronlar müşahidə edilib

27 Noyabr 2024

publika.az

ABŞ-ın Britaniyadakı üç aviabazasının üzərində naməlum dronlar müşahidə edilib. Hazırda Britaniya hərçiləri onları axtarırlar (https://t.me/bbcrussian/73407). Britaniyanın hərbi ekspertləri bu cihazları kimin göndərdiyini müəyyən etməyə çalışırlar. BBC-nin əldə etdiyi məlumata görə, təhqiqatda Kral Hərbi Hava Qüvvələrinin 60-a yaxın əməkdaşı iştirak edir. Suffolk qraflığındakı Leykenhit və Mildenholl bazaları ərazisində, eləcə də qonşu Norfolk qraflığındakı Feltvell bazasının ərazisində dronlar keçən həftə müşahidə edilib. Ötən gecə isə hərbiçilər daha bir neçə dron aşkar ediblər. ABŞ Hərbi Hava Qüvvələri cihazların sayca az və kiçik ölçülü olduğunu açıqlayıb. Qurumun sözçüsü bildirib ki, dronlar “yerli sakinlərə və ya infrastruktura heç bir şəkildə təsir etməyib və təhlükəli cihazlar...

Seçilmiş Videolar

Toplum TV loqo