Məhkəmə

Tanınmışların şəxsi məlumatlarını satışa çıxarmaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

27 Noyabr, 2024
7

hurriyet

Xəzər rayon Məhkəməsində kibercinayətdə təqsirləndirilən Cavid Dünyamaliyevlə Cəlil Cəlilovun məhkəməsi başlayıb. 

İttihama görə, onlar Səhiyyə Nazirliyinin "e-health.gov.az", Elm və Təhsil Nazirliyinin "miq.edu.az" və digər məlumat bazalarına qanunsuz daxil olaraq tanınmış şəxslərə məxsus fərdi məlumatları ələ keçirib, sahibi olduqları xüsusi serverlərə ötürüblər.

Bundan başqa, təqsirləndirilən şəxslər “Teleqram” və başqa sosial şəbəkələrdə yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını elan etməkdə təqsirləndirilirlər. 

rəsmi məlumata görə, həmin şəxslərin fəaliyyətlərinin ifşa edilib, topladıqları fərdi məlumatlara giriş imkanları isə bloklanıb.  

Bununla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq orqanında Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə istintaq aparılıb.

Bu iş üzrə məhkəmə baxışı dekabrın 13-nə təyin olunub.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Perinatal Mərkəzin hazırkı rəhbəri: “20 çarpayılıq bölməyə 61 küvəz yerləşdirmişdi”  

26 Noyabr 2024

medicina.az

İki aydır Bakı Ağır Cinayətlər Məhkəməsində bu ilin yanvarında körpələrin ölümüylə nəticələnmiş yanğınla bağlı məhkəmə başlasa da, hər dəfə məhkəmə iclasları təxirə salınır. Noyabrın 25-nə təyin olunmuş məhkəmə prosesi yenə dekabrın 16-dək təxirə düşüb.  İş hakim Leyla Əsgərova-Məmmədovanın icraatındadır.  Məhkəmə qarşısında Mərkəzin keçmiş direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli dayanıb. İbtidai istintaq zamanı hər üçü barəsində polis nəzarətinə verilməklə bağlı qətimkan tədbiri seçilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi də bu qərarı dəyişməyib.   Bu iş üzrə ibtidai istintaqdakı diqqət çəkən ifadələrdən biri Mərkəzin hazırkı direktor əvəzi Dilarə Şirinovanındır. O,...
Məhkəmə

9 milyon manatlıq mənimsəmə iddiası, 12 illik həbs – TÜRKİYƏLİ İŞ ADAMINA HÖKM OXUNUB 

25 Noyabr 2024

bizim.media

Bakı Ağır Cinayətlər Məhkəməsində bir ildən çoxdur məhkəməsi keçirilən türkiyəli iş adamı Mehmet Şahana hökm oxunub. O, THALES İnternational Western Counties B.V şirkətinin büdcəsindən 9 milyon manat civarında pul vəsaitini talamaqda təqsirləndirilirdi.  Mehmet Şahan THALES Şirkətlər Qrupunun Azərbaycan üzrə direktoru olub. Bu ilin fevralında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı maddələri ilə ittihamlar irəli sürülüb.  Məhkəmənin gəldiyi qənaətə görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyəti üçün ayrılmış 9 milyon manata yaxın pulu nümayəndəliyin bank hesabından həm nağd, həm də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə edib....

Seçilmiş Videolar

Toplum TV loqo