Dünya

Altı Aİ ölkəsi Rusiya neftinə qoyulan qiymət tavanını aşağı salmağa çağırır

13 Yanvar, 2025
31

nournews.ir

İsveç, Danimarka, Finlandiya, Latviya, Litva və Estoniya Avropa Komissiyasını G7-nin Rusiya nefti üçün 60 dollar səviyyəsində müəyyən etdiyi qiymət tavanını  endirməyə çağırır (https://www.reuters.com/world/europe/six-eu-countries-call-lowering-g7-price-cap-russian-oil-2025-01-13/). Məqsəd Ukraynada müharibəni davam etdirən Moskvanın gəlirlərini azaltmaqdır.

"Neft gəlirlərinin azaldılmasına yönəlmiş tədbirlər həlledici əhəmiyyət daşıyır, çünki bu tədbirlər Rusiyanın ən mühüm gəlir mənbəyini məhdudlaşdırır" – altı ölkənin Avropa Komissiyasına müraciətində belə deyilir.

G7 ölkələri, Aİ, İsveçrə və Avstraliya Rusiya nefti üçün qiymət tavanını 2022-ci ilin dekabrında təsdiqləyib. Bu nefti müəyyən edilmiş 60 dollar/barel həddindən artıq qiymətə satan şirkətlərə nəqliyyat, sığorta və maliyyə xidmətləri göstərmək qadağandır. ABŞ və digər ölkələr tavan həddini aşan “kölgə donanması” şirkətlərinə qarşı sanksiyalar tətbiq edirlər.

“Reuters” xatırladır ki, tavanın həddi 2022-ci ilin sonundan bəri dəyişməyib, halbuki 2023-2024-cü illərdə bazarda qiymətlər orta hesabla 60 dollardan aşağı olub.

Avropa Komissiyasına müraciətdə həmçinin qeyd olunub ki, beynəlxalq neft bazarı hazırda 2022-ci ildəkindən daha yaxşı təmin olunub və bu, aşağı qiymət həddinin bazar şoku yaratmaq riskini azaldır.

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Ukrayna dronları Bryansk, Engels, Saratov və Aleksindəki zavodları vurublar – UTX-dəki mənbə

14 Yanvar 2025

"Degpunkta"

RBK-Ukrayna Ukraynanın Pilotsuz Sistem Qüvvələrinə istinadən yazır ki, USQ barıt və partlayıcı maddələr, eləcə də raket yanacağı komponentləri istehsal edən zavoda zərbələr endirib. Rusiyanın təhlükəsizlik qüvvələrinə yaxın “Teleqram” kanalları bir gün əvvəl xəbər yaymışdılar ki, SSRİ-nin 50 illiyi adına Bryansk Kimya Zavoduna hücum olub.  Ukrayna Təhlükəsizlik Xidmətindən isə Engels, Saratov və Aleksinə dron hücumu barədə məlumat verilib. UTX-dəki mənbə BBC-nin Ukrayna xidmətinə bildirib ki, Rusiya regionlarına edilən kütləvi hücumlar Ukrayna hərbçiləri tərəfindən həyata keçirilib. Mənbə zərbələrin hədəflərini də sadalayıb: -  Tula bölgəsindəki Aleksin Kimya Zavodu, “dron hücumundan sonra böyük yanğın qeydə alınıb"; -  Saratov vilayəti, Engels strateji aviasiya aerodromundakı sursat...
Dünya

Zelenski və Makron Ukraynaya Qərb qoşunlarının yerləşdirilməsi məsələsini müzakirə ediblər

14 Yanvar 2025

Le Monde

Ukrayna prezidenti Vladimir Zelenski və fransalı həmkarı Emmanuel Makron Ukrayna ərazisinə Qərb qoşunlarının yerləşdirilməsi məsələsini növbəti dəfə müzakirə ediblər. Bu barədə Zelenski özünün “Teleqram”dakı kanalında məlumat verib. "Mən bu gün Fransa prezidenti Emmanuel Makronla danışdım. Biz döyüş meydanındakı vəziyyəti və Ukrayna qoşunlarının Kursk əməliyyatında əldə etdiyi uğurları ətraflı müzakirə etdik. Biz Ukrayna ərazisinə qoşun yerləşdirilməsilə bağlı Fransanın təşəbbüsü də daxil, əsas müttəfiqlərlə sülh və təhlükəsizlik üçün effektiv təminatların işlənib hazırlanması barədə razılığa gəldik. Müzakirə etdiyimiz təminatlardan biri Fransanın Ukraynaya qoşun yeritmək təşəbbüsü idi. Biz bunu reallaşdırmağa imkan verəcək praktiki addımları, prosesdə mümkün genişlənməni və digər ölkələrin cəlb olunması məsələsini nəzərdən...

Seçilmiş Videolar

Toplum TV loqo