Commonspace.eu
Yanvarın 29-da Avropa İttifaqına üzv ölkələrin Brüsseldəki səfirləri qurumun Ermənistandakı 200 nəfərlik monitorinq missiyasının mandatını 19 fevral 2027-ci ilədək uzadılması qərarını təsdiqləyiblər.
Bu barədə Avropa İttifaqı Şurasının “X” platformasındakı mikrobloqunda məlumat verilib.
Mülki Missiyada Aİ-yə üzv 25 ölkənin və Kanadanın nümayəndələri təmsil olunur.
Məlumatda həmçinin qeyd olunur ki, missiya Ermənistanın münaqişədən təsirlənmiş ərazilərində insanların təhlükəsizliyini təmin etmək və yerlərdə etimad mühiti yaratmaq məqsədilə yerlərdəki vəziyyətin monitorinqini aparır və hesabat verir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bununla bağlı “Modern.az”-a bildirib ki, Avropa Birliyinin bu qərarı və Ermənistanın bununla bağlı mövqeyi səmimi olmadığını göstərir.
"Ermənistanın Avropa Birliyi ilə bağlı mövqeyi nədən ibarət olsa da, burada başqa məsələ gündəmə gəlir. Bu da Avropa birliyinin Ermənistandan istifadə edib regiona müdaxiləsi məsələsidir. Bizim üçün bu çox vacibdir. Çünki Avropa Birliyi Ermənistan vasitəsilə regionda öz mövcudluğunu qoruyub saxlamaq istəyir. Dünya dəyişsə də, Avropa Birliyinin siyasəti dəyişmir. Onların köhnə siyasəti problemi yaradıb, sonra guya onu həll etmək üçün ölkələrə, xalqlara kömək əli uzatmaqdır", deputat deyib.
Yanvarın əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində demişdi ki, daha əvvəl Aİ bu missiyanın mandatının 2 ay sürəcəyini və 40-a yaxın nümayəndədən ibarət olacağını bildirsə də, sonradan razılaşmanı pozub:
“Bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər… Onlar yarıhərbi geyim, çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər”.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da yanvarın əvvəlində bu barədə danışıb. 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib ki, Ermənistanın bu missiyaya ehtiyacı var:
“Aİ-nin Ermənistanda yerləşən Mülki Missiyası indiki durumda mühüm amildir. Nə qədər ki, Ermənistanın delimitasiya edilmiş sərhədi yoxdur və Azərbaycanla sərhədləri müəyyənləşdirilməmiş ərazilərimiz var, Aİ-nin Mülki Missiyasına ehtiyacımız olacağından əminik”.
Aİ-nin Mülki Missiyası (EUMA) Ermənistan hökumətinin rəsmi müraciətinə əsasən yaradılıb, 2023-cü il fevralın 20-də qurumun Xarici İşlər Şurasının qərarıyla fəaliyyətə başlayıb.
Missiya Azərbaycanla sərhədin Ermənistan tərəfində yerləşdirilib, bir neçə sərhədyanı bölgədə əməliyyat ofisləri var.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
The New York Times
CNN
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı
Qazın və elektrik enerjisinin bahalanması sosial vəziyyətə necə təsir edəcək?