Dünya

ABŞ-ın sərnişin təyyarəsi qəzaya uğrayıb

30 Yanvar, 2025
26

The New York Times

Amerika Hava Yollarına məxsus regional sərnişin təyyarəsi çərşənbə günü axşam Vaşinqton yaxınlığında hərbi helikopterlə toqquşub. 

“American Airlines”-iin açıqlamasına görə, Kanzas ştatının Viçita şəhərindən Vaşinqtona uçan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Bildirilir ki, “Bombardier CRJ700” təyyarəsilə “Sikorski H-60” hərbi vertolyotunun toqquşması Ronald Reyqan Beynəlxalq Hava Limanına yaxınlaşarkən baş verib. Sərnişin təyyarəsi Potomak çayına düşüb.

Bu, ABŞ-da 2009-cu ildən bəri qəzaya uğrayan ilk sərnişin təyyarəsidir.

Pentaqon hadisəylə bağlı təhqiqata başladığını bildirib. Prezident Donald Trampın “Truth Social” platformasındakı səhifəsində yazıb ki, günahkarlar vertolyotun ekipajı və dispetçerlərdir.

“Helikopter uzun müddət birbaşa təyyarəyə doğru uçub. AYDIN GECƏ idi, təyyarənin işıqları yanırdı, niyə vertolyot yuxarı qalxmayıb və ya aşağı enməyib, ya da dönməyib?” – Tramp belə yazıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. “CBS News” kanalının hadisə yerindəki polis əməkdaşına istinadən verdiyi məlumata görə, sudan 18 cəsəd çıxarılıb. Texas ştatından olan senator Ted Kruz “ölənlər var” desə də, onların sayını açıqlamayıb.

Qəzaya uğrayan təyyarənin göyərtəsində olan sərnişinlər arasında ABŞ-ın Uiçita şəhərində keçirilən fiqurlu konkisürmə çempionatında iştirak etmiş idmançılar və onların məşqçiləri də olub. TASS xəbər agentliyi məlumatlı mənbəyə istinadən yazıb ki, təyyarədə Rusiya millisinin dünya çempionları Yevgeniya Şişkova və Vadim Naumov da olublar.

Azərbaycan Prezidenti İlham Əliyev qəza ilə bağlı Trampa və ABŞ xalqına başsağlığı verib. 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Avropa İttifaqı monitorinq missiyasının Ermənistanda qalma vaxtını uzatdı

30 Yanvar 2025

Commonspace.eu

Yanvarın 29-da Avropa İttifaqına üzv ölkələrin Brüsseldəki səfirləri qurumun Ermənistandakı 200 nəfərlik monitorinq missiyasının mandatını 19 fevral 2027-ci ilədək uzadılması qərarını təsdiqləyiblər. Bu barədə Avropa İttifaqı Şurasının “X” platformasındakı mikrobloqunda məlumat verilib. Mülki Missiyada Aİ-yə üzv 25 ölkənin və Kanadanın nümayəndələri təmsil olunur. Məlumatda həmçinin qeyd olunur ki, missiya Ermənistanın münaqişədən təsirlənmiş ərazilərində insanların təhlükəsizliyini təmin etmək və yerlərdə etimad mühiti yaratmaq məqsədilə yerlərdəki vəziyyətin monitorinqini aparır və hesabat verir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bununla bağlı “Modern.az”-a bildirib ki, Avropa Birliyinin bu qərarı və Ermənistanın bununla bağlı mövqeyi səmimi olmadığını göstərir. "Ermənistanın Avropa...
Dünya

HƏMAS daha 8 girovu qaytardı. İsrail 110 məhbusu azad edəcək

30 Yanvar 2025

CNN

HƏMAS 2023-cü il oktyabrın 7-də İsrailə hücum zamanı əsir götürdüyü daha 8 girovu azad edib. Ynavarın 30-da Qızıl Xaç Cəmiyyətinə təhvil verilən ilk şəxs İsrail ordusunun 20 yaşlı əsgəri Aqam Berqer olub.  Bir neçə saat sonra isə Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində HƏMAS bəzi mülki girovları - 29 yaşlı Arbel Yahud, 80 yaşlı Qadi Moses və beş Tayland vətəndaşı azad edilib. İsrail Müdafiə Ordusu əsirlərin Qırmızı Xaça təhvil verildiyini və İsrailə göndərildiyini təsdiqləyib. Son məlumatlara görə, Qəzzada 82 girov qalıb. Amma onlarla əsirin artıq sağ olmadığı güman edilir. İsrail 30-u azyaşlı olmaqla, 110 fələstinli məhbusu azad edəcək. Fələstin Məhbuslar...

Seçilmiş Videolar

Toplum TV loqo