Dünya

Avropa İttifaqı monitorinq missiyasının Ermənistanda qalma vaxtını uzatdı

30 Yanvar, 2025
25

Commonspace.eu

Yanvarın 29-da Avropa İttifaqına üzv ölkələrin Brüsseldəki səfirləri qurumun Ermənistandakı 200 nəfərlik monitorinq missiyasının mandatını 19 fevral 2027-ci ilədək uzadılması qərarını təsdiqləyiblər.

Bu barədə Avropa İttifaqı Şurasının “X” platformasındakı mikrobloqunda məlumat verilib.

Mülki Missiyada Aİ-yə üzv 25 ölkənin və Kanadanın nümayəndələri təmsil olunur.

Məlumatda həmçinin qeyd olunur ki, missiya Ermənistanın münaqişədən təsirlənmiş ərazilərində insanların təhlükəsizliyini təmin etmək və yerlərdə etimad mühiti yaratmaq məqsədilə yerlərdəki vəziyyətin monitorinqini aparır və hesabat verir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bununla bağlı “Modern.az”-a bildirib ki, Avropa Birliyinin bu qərarı və Ermənistanın bununla bağlı mövqeyi səmimi olmadığını göstərir.

"Ermənistanın Avropa Birliyi ilə bağlı mövqeyi nədən ibarət olsa da, burada başqa məsələ gündəmə gəlir. Bu da Avropa birliyinin Ermənistandan istifadə edib regiona müdaxiləsi məsələsidir. Bizim üçün bu çox vacibdir. Çünki Avropa Birliyi Ermənistan vasitəsilə regionda öz mövcudluğunu qoruyub saxlamaq istəyir. Dünya dəyişsə də, Avropa Birliyinin siyasəti dəyişmir. Onların köhnə siyasəti problemi yaradıb, sonra guya onu həll etmək üçün ölkələrə, xalqlara kömək əli uzatmaqdır", deputat deyib.

Yanvarın əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində demişdi ki, daha əvvəl Aİ bu missiyanın mandatının 2 ay sürəcəyini və 40-a yaxın nümayəndədən ibarət olacağını bildirsə də, sonradan razılaşmanı pozub:

“Bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər… Onlar yarıhərbi geyim, çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər”.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da yanvarın əvvəlində bu barədə danışıb. 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib ki, Ermənistanın bu missiyaya ehtiyacı var:

“Aİ-nin Ermənistanda yerləşən Mülki Missiyası indiki durumda mühüm amildir. Nə qədər ki, Ermənistanın delimitasiya edilmiş sərhədi yoxdur və Azərbaycanla sərhədləri müəyyənləşdirilməmiş ərazilərimiz var, Aİ-nin Mülki Missiyasına ehtiyacımız olacağından əminik”.

Aİ-nin Mülki Missiyası (EUMA) Ermənistan hökumətinin rəsmi müraciətinə əsasən yaradılıb, 2023-cü il fevralın 20-də qurumun Xarici İşlər Şurasının qərarıyla fəaliyyətə başlayıb.

Missiya Azərbaycanla sərhədin Ermənistan tərəfində yerləşdirilib, bir neçə sərhədyanı bölgədə əməliyyat ofisləri var.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

ABŞ-ın sərnişin təyyarəsi qəzaya uğrayıb

30 Yanvar 2025

The New York Times

Amerika Hava Yollarına məxsus regional sərnişin təyyarəsi çərşənbə günü axşam Vaşinqton yaxınlığında hərbi helikopterlə toqquşub.  “American Airlines”-iin açıqlamasına görə, Kanzas ştatının Viçita şəhərindən Vaşinqtona uçan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Bildirilir ki, “Bombardier CRJ700” təyyarəsilə “Sikorski H-60” hərbi vertolyotunun toqquşması Ronald Reyqan Beynəlxalq Hava Limanına yaxınlaşarkən baş verib. Sərnişin təyyarəsi Potomak çayına düşüb. Bu, ABŞ-da 2009-cu ildən bəri qəzaya uğrayan ilk sərnişin təyyarəsidir. Pentaqon hadisəylə bağlı təhqiqata başladığını bildirib. Prezident Donald Trampın “Truth Social” platformasındakı səhifəsində yazıb ki, günahkarlar vertolyotun ekipajı və dispetçerlərdir. “Helikopter uzun müddət birbaşa təyyarəyə doğru uçub. AYDIN GECƏ idi, təyyarənin işıqları yanırdı,...
Dünya

HƏMAS daha 8 girovu qaytardı. İsrail 110 məhbusu azad edəcək

30 Yanvar 2025

CNN

HƏMAS 2023-cü il oktyabrın 7-də İsrailə hücum zamanı əsir götürdüyü daha 8 girovu azad edib. Ynavarın 30-da Qızıl Xaç Cəmiyyətinə təhvil verilən ilk şəxs İsrail ordusunun 20 yaşlı əsgəri Aqam Berqer olub.  Bir neçə saat sonra isə Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində HƏMAS bəzi mülki girovları - 29 yaşlı Arbel Yahud, 80 yaşlı Qadi Moses və beş Tayland vətəndaşı azad edilib. İsrail Müdafiə Ordusu əsirlərin Qırmızı Xaça təhvil verildiyini və İsrailə göndərildiyini təsdiqləyib. Son məlumatlara görə, Qəzzada 82 girov qalıb. Amma onlarla əsirin artıq sağ olmadığı güman edilir. İsrail 30-u azyaşlı olmaqla, 110 fələstinli məhbusu azad edəcək. Fələstin Məhbuslar...

Seçilmiş Videolar

Toplum TV loqo