The New York Times
Cənubi Koreya prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyət elan edilməsinə dair fərmanını ləğv edib ("Azadlıq"radiosu). Deputatların səsverməsindən sonra gerçəkləşən ləğv qərarı prezidentin telemüraciəti zamanı yerli vaxtla saat 04:27-də açıqlanıb. "Yonhap" agentliyinin bilgisinə görə, qərar daha sonra hökumətin iclasında təsdiqlənib. Fərman 6 saat qüvvədə qalıb Cənubi Koreyada hərbi vəziyyət dekabrın 3-də yerli vaxtla saat 22:25-də elan edilmişdi. Altı saat qüvvədə olan fərmanda siyasi partiyaların fəaliyyəti, etirazlar, tətillər yasaqlanmış, mediada senzura başladılmış, eləcə də ölüm cəzası verə bilən hərbi-sahə məhkəmələri qurulmuşdu. Gecə saat 2 radələrində paytaxt Seulda prezidentin istefası və həbsi tələbi ilə etiraz aksiyaları başlanmışdı. Sıradan vətəndaşlar parlament binası önündə toplaşmışdılar. Media senzuraya məruz qalmayıb. Dövlət idarələri dekabrın 4-də adi iş qaydasında fəaliyyət göstərəcək. Yun Sok Yol hərbi durumla bağlı qərarını daxildə Şimali Koreya tərəfdarları ilə aparılan mübarizə ilə əsaslandırmışdı. Fərman ölkənin ən böyük müxalif qurumunun - Demokrat Partiyası hökumətin aparıcı məmurlarına impiçment elan etmək cəhdindən sonra qəbul edilmişdi. Müxalifətin hökumət və məhkəmə sisteminin işini iflic etdiyini daha öncə xalqa müraciətində söyləyən Yun əlavə etmişdi ki, hərbi vəziyyət ölkədəki konstitusiya quruluşunu qorumağa kömək göstərməlidir.
Yun Sok Yol hərbi vəziyyətin tətbiqilə bağlı qərarını ləğv edəndən az sonra - səhər saatlarında prezident aparatının əməkdaşları tam heyətlə istefa veriblər. Bu barədə Koreyanın "Yonhap News" agentliyi məlumat yayıb. Prezident günün birinci yarısına aid bütün planlarını ləğv edib və yerli vaxtla saat 10-a qədər heç bir yeni açıqlama verməyib. Parlamentdə çoxluq təşkil edən Demokrat Partiyasının deputatları bildiriblər ki, prezident özü istefa verməsə, impiçment proseduruna başlayacaqlar (https://t.me/bbcrussian/73705). Prezidentin istefası tələbilə keçirilən nümayişlər Seul və digər şəhərlərdə səhər saatlarında yenidən başlayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Toplum TV
açıq mənbədən götürülüb
Kiçik biznes üçün ləğv edilmiş güzəşt bərpa olunur, amma məhdud şərtlərlə
Gələn il yanacağın qiyməti yenidən arta bilər -EKSKLÜZİV
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
Mərhum nazirin oğlu Arif Rəhimov məhkəməyə niyə gəlmir?
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri