Dünya

Gürcüstan Ombudsmanı DİN-i etirazçılara işgəncə verməkdə günahlandırdı

4 Dekabr, 2024
19

EPA-EFE

Gürcüstan Ombudsmanı Levan İoseliani polisi aksiya iştirakçılarına işgəncə verməkdə günahlandırıb (https://t.me/NGnewsgeorgia/20661).

“Beş günlük etiraz aksiyaları zamanı biz təcridxanalarda və xəstəxanalarda 201 nəfərə baş çəkdik. Onların əksəriyyəti üz, göz və baş nahiyəsindən ağır xəsarətlər alıb. Xəsarətlərin yeri, xarakteri və şiddəti polisin cəza məqsədi ilə vətəndaşlara qəsdən və şiddətli güc tətbiq etməsi barədə inandırıcı mənzərə yaradır”.

Levan İoseliani Daxili İşlər Nazirliyinə müraciət edərək dərhal reaksiya verməsini tələb.

Video "Jam-news.net" platformasından götürülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Gürcüstanda azərbaycanlılar da etiraza qalxdılar

4 Dekabr 2024

Toplum TV

Bu gün, dekabrın 4-də Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Marneuli şəhərində seçki saxtakarlığına və Avropa İttifaqı ilə danışıqların dayandırılmasına etiraz olaraq aksiya keçirilib.  Aksiyada “Rusiya qanununa yox!”, “Təkrar seçki istəyirik!”, “Saxtakarlığa yox!”, “Biz Avropanı seçirik” kimi şüarlar səsləndirilib. Aksiya iştirakçıları seçki komissiyasının önündən şəhər meriyasının qarşısın qədər yürüş ediblər. “Həmrəylik” hərəkatının sədri Elnur Əlisoy deyir ki, Marneuli parlament seçkilərində saxtakarlığın episentiri idi və buna görə də, bu proseslərdən kənarda qala bilməzdik.  Hüquq müdafiəçisi Samirə Bayramova isə hesab edir ki, Gürcüstanın Aİ ilə əlaqələri dayansa, gürcü xalqını çətin günlər gözləyir. “Dəyişikliklər naminə koalisiyası”nın üzvü, deputat mandatından imtina etmiş Oqtay Kazımov bidlirir ki, qeyri-legitim...
Dünya

Almaniya Gürcüstanla əməkdaşlığını dayandırır 

4 Dekabr 2024

açıq mənbədən götürülüb

Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Naziri Şvenya Şulze (Svenja Schulze) bəyan edib ki, Almaniya bundan sonra Gürcüstanla yeni layihələri təsdiqləməyəcək, bu istiqamətdə təşəbbüs göstərməyəcək, həmçinin yeni kredit sazişləri imzalamayacaq  (https://t.me/jamnewsru/20800).  Almaniya hökuməti Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Aİ-yə inteqrasiyasını 2028-ci ilə qədər dondurmaqla bağlı bəyanatından sonra bu qərara gəlib. Onun bəyanatı ölkədə bir neçə gündür ki, səngiməyən kütləvi etirazlara səbəb olub. Bundestaqın Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot isə Aİ-ni Gürcüstanda seçki saxtakarlığında və dinc etirazların yatırılmasında iştirak edənlərə sərt sanksiyalar tətbiq etməyə çağırıb. “Altı gündür ki, cəsur gürcülər rejimin konstitusiyanı pozmasına qarşı çıxırlar. Aİ dəbdəbə üçün deyil,...

Seçilmiş Videolar

Toplum TV loqo