Gürcüstanda ali məktəblərin 470 professor və müəllimi tələbə aksiyalarına qoşulur
aktual.ge
Gürcüstanın ali təhsil müəssisələrinin 470-dən çox professor və müəllimi tələbələrin etiraz aksiyalarına qoşulduqlarını bəyan edərək bu gün saat 19:00-da Tbilisi Dövlət Universitetinin yaxınlığında mitinq keçirəcəklərini bildiriblər (https://t.me/Tbilisi_life/31448).
“Azadlıq uğrunda mübarizə aparan tələbələrin səsinin eşidildiyi yerdə olmaq bizim borclumuzdur” – professor və müəllimlərin təcili bəyanatında belə deyilir.
Onlar “Avropalı gələcək üçün” mübarizə aparan gənclərlə həmrəy olduqlarını bildiriblər, tələbələrin öz fikirlərini ifadə etmək hüququna məhəl qoymayan TDU rəhbərliyini tənqid ediblər. Bəyanat müəllifləri qeyd ediblər ki, administrasiya buna görə akademik ictimaiyyətin güclü müqavimətilə üzləşəcək.
Onlar həmçinin vurğulayıblar ki, TDU-nun binasından təhlükəsizlik qüvvələrinin bazası kimi istifadə etmək qəbuledilməzdir.
Gürcüstan Daxili İşlər Nazirliyi noyabrın 18-19-da TDU-da xüsusi qərargah olmadığını açıqlayıb; bildirib ki, kriminal polisin əməkdaşları universitetin həyətinə etirazçılar universitetin əsas girişinin yaxınlığında bir neçə yanğın hadisəsi törədəndən sonra daxil olublar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Qafqazinfo
Rusiya Duması büdcəni təsdiqlədi: Putin və administrasiyasının xərcləri 25% artırılacaq
Türküstan
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?