Dünya

Gürcüstanın müxalifət partiyaları bəyanat yaydılar: qeyri-legitim parlamentdə seçiləcək prezidenti tanımayacaqlar

12 Dekabr, 2024
7

açıq mənbədən götürülüb

Gürcüstanın üç aparıcı müxalifət birliyi “qeyri-legitim parlamentdəki qeyri-legitim  prezidentin qeyri-legitim seçkisini” tanımayacaqlarını bəyan edib və qeyd edib  ki, hazırda dövlətin yeganə qanuni təmsilçisi prezident Salome Zurabişvilidir (https://t.me/NGnewsgeorgia/21108).

Birgə bəyanatı “Dəyişikliklər naminə koalisiya”, “Birlik - Milli Hərəkat” və “Güclü Gürcüstan” koalisiyaları imzalayıb.

“Biz – 26 oktyabr seçkilərində qalib gəlmiş siyasi partiyalar qondarma  hökuməti və onun heç bir qolunu tanımırıq, çünki İvanişvili seçki əvəzinə  Gürcüstan vətəndaşlarına və ölkənin Avropa yönlü gələcəyinə qarşı konstitusiya çevrilişi təşkil etdi. Qeyri-legitim parlamentin prezidenti seçmək səlahiyyəti yoxdur, ona görə də Salome Zurabişvili Gürcüstanın prezidenti, Gürcüstan Müdafiə Qüvvələrinin ali komandanı və ölkənin xarici əlaqələr üzrə ali nümayəndəsi olaraq qalır” - bəyanatda belə deyilir.

Müxalifət bir daha bəyan edib ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu yeni və ədalətli seçkilərin keçirilməsidir.

Dekabrın 14-də hakim partiya Seçkilər Kollegiyası vasitəsilə keçmiş futbolçu və deputat Mixeil Kavelaşvilini Gürcüstanın yeni prezidenti seçdirməyə hazırlaşır. Ölkənin hazırkı prezidenti Salome Zurabişvili yeni parlament seçkilərinə qədər istefa verməyəcəyini bildirib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Pokrovsk istiqamətində ağır döyüşlər gedir - Baş Komandan Sırski

12 Dekabr 2024

Visit Ukraine

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski hazırda ağır döyüşlər gedən Pokrovsk istiqamətindəki vəziyyətdən danışıb (https://t.me/bbcrussian/74085). “Pokrovsk istiqamətindəki 38-ci Əlahiddə Dəniz Briqadasının əsgərlərinə şəxsən baş çəkdim. Hazırda o istiqamətdəki döyüşlərdə üstünlük düşmən tərəfdədir, xüsusilə də canlı qüvvə baxımından” – Sırski belə deyib. “Son dərəcə ağır döyüşlər gedir. Rusiya işğalçıları bütün qüvvələrini irəli ataraq bizim qoşunların müdafiəsini yarmağa çalışır” deyə, o əlavə edib. Sırskinin sözlərinə görə, belə vəziyyətdə əsas vəzifə Ukrayna qoşunlarının müdafiəsini gücləndirmək, xüsusən də bölmələrin kifayət miqdarda sursatla daimi təchizatını təmin etməkdir.  
Dünya

Sərhədsiz Reportyorlar: 2024-cü ildə 54 jurnalist öldürülüb

12 Dekabr 2024

açıq mənbədən götürülüb

Sərhədsiz Reportyorlar təşkilatı 2024-cü ilin yekunlarına dair açıqlama yayıb. Məlumatda ötən il 31-i münaqişə zonalarında olmaqla, dünyada 54 jurnalistin öldürüldüyü deyilir. Qəzzanın jurnalistlərin 30%-nin həlak olduğu ən təhlükəli bölgə olduğu bildirilir.   Jurnalistlər üçün ikinci təhlükəli bölgənin Asiya olduğu, bu il Pakistanda 7, Banqladeşdə 5 jurnalist öldürüldüyü qeyd edilir. Başa çatmaqda olan 2024-cü ildə 550 jurnalistin həbs edildiyi, bunun ötən ilə nisbətən 7,2% çox olduğu vurğulanır. Jurnalistlərin ən çox həbs edildiyi dörd ölkə Çin (124, o cümlədən Honkonqda 11), Myanma (61), İsrail (41) və Belarusdur (40).  Sərhədsiz Reportyorlar hesab edir ki, Rusiyanın Ukraynaya və İsrailin Qəzza zolağına hücumu zamanı həbslərdən jurnalistikanın...

Seçilmiş Videolar

Toplum TV loqo