açıq mənbədən götürülüb
Sərhədsiz Reportyorlar təşkilatı 2024-cü ilin yekunlarına dair açıqlama yayıb. Məlumatda ötən il 31-i münaqişə zonalarında olmaqla, dünyada 54 jurnalistin öldürüldüyü deyilir. Qəzzanın jurnalistlərin 30%-nin həlak olduğu ən təhlükəli bölgə olduğu bildirilir.
Jurnalistlər üçün ikinci təhlükəli bölgənin Asiya olduğu, bu il Pakistanda 7, Banqladeşdə 5 jurnalist öldürüldüyü qeyd edilir.
Başa çatmaqda olan 2024-cü ildə 550 jurnalistin həbs edildiyi, bunun ötən ilə nisbətən 7,2% çox olduğu vurğulanır.
Jurnalistlərin ən çox həbs edildiyi dörd ölkə Çin (124, o cümlədən Honkonqda 11), Myanma (61), İsrail (41) və Belarusdur (40).
Sərhədsiz Reportyorlar hesab edir ki, Rusiyanın Ukraynaya və İsrailin Qəzza zolağına hücumu zamanı həbslərdən jurnalistikanın sıxışdırılması məqsədilə silah kimi istifadə olunub. O da qeyd edilir ki, bu gün Rusiyada 38 jurnalist həbsdədir.
Qurum bu il 55 jurnalistin girov götürüldüyünü və onların 70%-nin Suriyada olduğunu açıqlayır. Girov jurnalistlərin əksəriyyəti hələ 10 il əvvəl müharibə zamanı İŞİD tərəfindən oğurlanıb və onların aqibəti məlum deyil, Sərhədsiz Reportyorlar bildirir.
Dünyanın 34 ölkəsində 100-ə yaxın jurnalist hələ də itkin düşmüş hesab olunur. Bu jurnalistlərin dörddə birindən çoxu son 10 il ərzində Meksika (5), Suriya (3), Mali (3), Konqo (2), Fələstin (2) və İraqda (2) yoxa çıxıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Visit Ukraine
Gürcüstanın müxalifət partiyaları bəyanat yaydılar: qeyri-legitim parlamentdə seçiləcək prezidenti tanımayacaqlar
açıq mənbədən götürülüb
Mərhum nazirin oğlu Arif Rəhimov məhkəməyə niyə gəlmir?
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Perinatal Mərkəzin hazırkı rəhbəri: “20 çarpayılıq bölməyə 61 küvəz yerləşdirmişdi”
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub