Ölkə

“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)

6 Dekabr, 2024
933

 

Meydan TV-nin jurnalistlərinin müvəqqəti saxlama yerinə aparıldıqları bildirilir. 

Vəkillərin verdiyi məlumata görə, müstəqil jurnalist Ramin Deko və Meydan Tv-nin əməkdaşları Aytac Tapdığa, Xəyalə Ağayevaya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

***

Vəkil Elçin Sadıqov Facebookda yazır ki, polis jurnalislər Natiq Cavadlı və Aynur Elgünəşin müdafiə hüququnu polis kobud şəkildə pozur. 

Polis Zibeydə Sadıqova və mənə hələ də onları müdafiə etməyə imkan vermir”, - vəkil bildirir.

Meydan TV-nin jurnalistləri bir neçə saatdır polis idarəsində olmalarına baxmayaraq vəkillərlə görüşə icazə verilmir. 

Meydan TV-nin başqa jurnalisti Xəyalə Ağayevanıln vəkilinə isə orderin artıq köhnəldiyini səbəb göstərərk içəri buraxmamışdılar. 

***

Aynur Elgünəşin halı pisləşib

Bu gün saxlanılan və hazırda Bakı şəhər Baş Polis İdarəsində olan Meydan TV əməkdaşı Aynur Elgünəşin halı pisləşib və təcili tibbi yardım çağrılıb. Bu haqda onun yaxınları Toplum TV-yə məlumat veriblər.

***

Hazırda səhhəti haqda məlumat almaq mümkün deyil.

Meydan TV-nin jurnalisti Xəyalə Ağayevanın vəkili Nazim Musayev deyir ki, onu dindirməyə buraxmırlar.

Dedilər ki, order köhnədi. Bugünkü tarixlə olsa içəri buraxacaqlar guya. Düzgün deyil”, vəkil Toplum TV-yə açıqlamasında bildirib.

***

Meydan TV rəhbərliyi bildirir ki, jurnalistlərinin saxlanılması, dindirilməsi qanunsuzdur və bütün bu ittihamları rədd edirlər. Bu haqda media qurumunun rəhbərliyi adından yayılan bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, bu gün - dekabrın 6-da saat 13:00 radələrindən Meydan TV ilə əməkdaşlıq etmiş bəzi şəxslərlə əlaqə kəsilib. Axtarışlar nəticəsində məlum olub ki, həmin şəxslər Bakı Şəhər Baş Polis idarəsində saxlanılırlar.

Saxlanılanlar bunlardır: Aynur Qənbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı, Aysel Umudova, Ramin Cəbrayılzadə (Deko, müstəqil jurnalist).

Deyilir ki, adları sadalanan jurnalistlərin bəzilərinin evlərində axtarış aparılıb, onlara aid şəxsi avadanlıqlar və əşyalar götürülüb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda da qeyd edilib ki, jurnalist Ramin Cəbrayılzadə (Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb. Bundan əlavə bir neçə şəxs də araşdırma çərçivəsində saxlanılıb. Qeyd edək ki, Ramin Deko müstəqil jurnalist olaraq reportyor kimi fəaliyyət göstərir”, bəyanatda bildirilir.

Jurnalistlərin saxlanılmasını qanunsuz hesab edən Meydan TV rəhbərliyi fəaliyyətə başladıqları gündən jurnalistlərinin həbs edildiyini, özləri və ailələrinin təqiblərə məruz qaldığını, onlara müxtəlif təzyiq və təhdidlər edildiyini, jurnalistlərin ölkədən çıxışına qadağa qoyulduğunu xatırladır.

Bundan başqa, saytının 2017-ci ildən ölkə sərhədləri daxilində rəsmi olaraq qadağan edildiyi, kanalın sosial media hesablarının dəfələrlə kiberhücuma məruz qaldığı və məlumatların, materialların silindiyi vurğulanır.

Yarandığımız gündən bəri bizə edilən təzyiq və ittihamlar əsassızdır və bir daha qeyd edirik ki, biz jurnalistika fəaliyyətimizə davam edəcəyik”, bəyanat bu fikirlə yekunlaşır.

***

Jurnalist Ramin Cəbrayılzadə (Deko) saxlanılıb. Daxili İşlər Nazirliyindən Toplum TV-yə verilən məlumata görə, o, ölkəyə qanunsuz xarici valyuta gətirməsi ilə bağlı daxil olan məlumat əsasında saxlanılıb.

Məlumatda Ramin Cəbrayılzadədən başqa jurnalistlər Aynur Elgünəş, Xəyalə Ağayeva, Aytac Tapdıq, Natiq Cavadlının da Bakı şəhər Baş Polis İdarəsinə aparıldıqları bildirlir. Həmin şəxslərin araşdırma çərçivəsində saxlanıldığı bildirlir.

Bu jurnalistlər Meydan TV ilə əməkdaşlıq edirdilər.

Həmkarları sosial mediada həmin şəxslərdən bir neçə saatdır məlumat ala bilmədiklərini yazırdılar.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Ailəsi: Nazim Bəydəmirli ölüm ayağındadır

4 Avqust 2025

Foto: sosial media

Həbsdə olan keçmiş deputat Nazim Bəydəmirlinin səhhətinin pisləşdiyi deyilir. Bu haqda avqustun 4-də onun həyat yoldaşı Fəridə Bəydəmirli məlumat yayıb.  Onun dediyinə görə, N.Bəydəmirlini müayinə edən həkim onun sətəlcəm olduğunu, təcili antibiotik müalicəsinə başlamaq gərəkdiyini söyləyib. Fəridə Bəydəmirlinin sözlərinə görə, bu gün saat 13:00-da Nazimlə planlaşdırılan telefon danışığı 30 dəqiqə gecikib. “Çox narahat oldum, çünki Nazim heç vaxt bir dəqiqə belə gecikməzdi. Narahatlığım əsassız deyilmiş. Telefonda səsi çox zəif gəlirdi, nəfəs ala bilmirdi, boğulurdu,” – deyə o bildirib. Nazim Bəydəmirli telefon danışığında gecə saat 3:00-da demək olar ki, nəfəsinin kəsildiyini, boğulma halı keçirdiyini deyib. “Məhbus yoldaşlarının kömək çağırışı ilə növbətçi hissə onu tibb...
Ölkə

Azərbaycanın xarici borcu 8 milyard manatdan çoxdur

1 Avqust 2025

Foto: açıq mənbə

Azərbaycanın xarici dövlət borcu 5,01 milyard ABŞ dolları və ya 8,52 milyard manat təşkil edib. Maliyyə Nazirliyinə məlumatında belə deyilir.  Bildirilir ki, hökumətin xarici borc portfelində ən böyük pay Asiya İnkişaf Bankına (AİB) məxsusdur. Belə ki, bu qurumdan cəlb edilmiş borclar 1,75 milyard dollar və ya 2,97 milyard manat həcmində olub və ümumi portfelin 34,9%-ni təşkil edib. İkinci yerdə avroobligasiya investorları qərarlaşıb – onların payına 1,39 milyard dollar və ya 2,36 milyard manat (27,7%) düşüb.  Üçüncü ən böyük kreditor isə Dünya Bankıdır – 738,6 milyon dollar və ya 1,26 milyard manat həcmində borc ilə portfeldəki payı 14,7%-dir. Daha sonra İslam...

Seçilmiş Videolar

Toplum TV loqo