Ermənistan və Fransa müdafiə sahəsində yeni əməkdaşlıq proqramı imzaladılar
Bakının reaksiyası
MassisPost
Yerevanda Fransa və Ermənistan arasında 2025-ci il üçün əməkdaşlıq proqramı imzalanıb (https://t.me/jamnewsru/21027).
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, proqram müdafiə sahəsində əməkdaşlığa aiddir və silahlı qüvvələrin bu sahədəki bütün fəaliyyət istiqamətlərini əhatə edir.
Aşıqlamada bildirilir ki, Ermənistan-Fransa strateji məsləhətləşmələrində müdafiənin planlaşdırılmasına, hərbi təhsil və təlimlərə, məsləhət dəstəyinə, müxtəlif qoşun növlərinin hazırlığına və hərbi-texniki əlaqələrə xüsusi diqqət yetirilib.
2024-cü ilin iyununda Yerevan və Parisin mövcud hərbi-texniki əməkdaşlığı dərinləşdirdikləri bildirilmişdi. Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornyu (Sebastien Lecornu) demişdi ki, söhbət “Sezar” (“Caesar”) haubitsalarının tədarükündən gedir.
Ermənistan və Fransa 2023-cü ilin oktyabr ayında hərbi əməkdaşlıq sazişi imzalayıblar.
Tərəflər Ermənistana “mülki əhalini qoruyacaq və sərhədlərin mühafizəsini təmin edəcək silahlar” verilməsinə razılaşıblar. Fransa bu ölkəyə “GM 200” radiolokasiya stansiyaları və qısa mənzilli “Mistral” raketləri tədarük etməyi öhdəsinə götürüb.
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevsə jurnalistlərə açıqlamasında deyib ki, Ermənistana verilən hücum silahları ciddi narahatlıq doğurur. O, bu prosesdə Fransanın rolunu xüsusi olaraq qeyd edib.
"Təəssüf ki, Fransa beynəlxalq öhdəliklərinə və NATO və Avropa İttifaqının üzvü statusuna zidd olaraq, silahlanma proqramında iştirak edir", deyə o bildirib.
İkinci Dünya Müharibəsindən sonrakı təcrübəni xatırladan Prezidentin köməkçisi hesab edir ki, təcavüzkar ölkəyə qarşı "müəyyən məhdudiyyətlər" tətbiq edilməli, Ermənistanın silahlanması "məsuliyyət parametrləri" çərçivəsində həyata keçirilməlidir.
Hikmət Hacıyev Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının müşahidəçi missiyasının fəaliyyətinin dayandırılması haqda rəsmi Bakının tələbini təkrar edib.
"Aİ missiyası regionda sülhün bərqərar olmasına töhfə vermir. Bu, Ermənistan və Azərbaycandan asılıdır. Üçüncü tərəfin iştirakı yalnız gərginliyi artırır. Bundan başqa, ayrı-ayrı Avropa dövlətləri Aİ missiyası adı altında Ermənistanda öz maraqlarına xidmət edir", deyə Hikmət Hacıyev bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
İlhamiz Quliyevin anası məhkəmədə: “Möhkəm ol, oğlum, kişinin başına iş gələr”
açıq mənbədən götürülüb
Mərhum nazirin oğlu Arif Rəhimov məhkəməyə niyə gəlmir?
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Perinatal Mərkəzin hazırkı rəhbəri: “20 çarpayılıq bölməyə 61 küvəz yerləşdirmişdi”
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub