açıq mənbədən götürülüb
Bu il sentyabrın 23-dən dekabrın 12-dək Azərbaycanda siyasi məhbusların sayı 17 nəfər artıb. Bununla da ölkədə siyasi məhbusların sayı 331 nəfərə çatıb.
Bu haqda “Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi açıqlama yayıb.
Qurumun təqdim etdiyi siyahıya görə, yeni həbs edilənlərin əksəriyyəti Meydan TV əməkdaşları, hüquq müdafiəçisi Rüfət Səfərov, Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı və dindarlardır.
“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi bildirir ki, siyahıya dekabrın 12-dək haqqında etibarlı məlumat toplanmış, siyasi səbəblərə görə həbs edilmiş və məhkum edilmiş şəxslər daxildir.
Yeni siyahı 11 qrupdan ibarətdir və 331 nəfəri əhatə edir.
- jurnalistlər və blogerlər - 25 nəfər;
- hüquq müdafiəçiləri – 4 nəfər;
- müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri - 30 nəfər;
- milli azlıqların fəalları – 3 nəfər;
- müharibə əleyhinə fəallar – 2 nəfər;
- Söyüdlü kəndində iş – 2 nəfər;
- Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər - 5 nəfər;
- dindarlar – 233 nəfər;
- Tərtər işi üzrə məhkumlar - 4 nəfər;
- Gəncə işi üzrə məhkumlar - 12 nəfər;
- ömürlük həbs cəzası - 11 nəfər.
“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi bildirir ki, siyahı Avropa Şurası Parlament Assambleyasının 2012-ci ilin oktyabrında qəbul edilmiş 1900 nömrəli qətnaməsində müəyyən edilmiş “siyasi məhbus” anlayışı meyarları əsasında tərtib edilib.
Siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov tərəfindən hazırlanıb.
Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbus olmadığını, heç kimin siyasi və ya peşə faəliyyətinə görə təqib edilmədiyini bəyan edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
İlhamiz Quliyevin anası məhkəmədə: “Möhkəm ol, oğlum, kişinin başına iş gələr”
açıq mənbədən götürülüb
Mərhum nazirin oğlu Arif Rəhimov məhkəməyə niyə gəlmir?
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Perinatal Mərkəzin hazırkı rəhbəri: “20 çarpayılıq bölməyə 61 küvəz yerləşdirmişdi”
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub