Hamam Times
Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal İlhamiz Quliyevə hökm oxunub. O, 3 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə İlhamiz Quliyevə qarşı irəli sürülmüş 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə edib saxlama) maddəsini 234-1-ci (satış məqsədi olmadan külli miqdarda narkotik maddə əldə edib saxlama) maddəyə tövsif edib. Hökmdən əvvəl vəkil Zibeydə Sadıqova müdafiə çıxışı edib. O, bildirib ki, İlhamiz Quliyevə qarşı irəli sürülmüş ittıhamlar məhkəmədə darmadağın edilib.
Vəkildən sonra İlhamiz Quliyev son sözlə çıxış edərək bəraət tələb edib.
İlhamiz Quliyev ötən il dekabrın 4-də həbs olunub və Cinayət Məcəlləsinin 234.4.3-cü (Kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur. O ittihamları qəbul etmir və həbsini polisdəki qanunsuzluqlarla bağlı Abzas Media-ya verdiyi müsahibə ilə əlaqələndirir.
Daxili İşlər Nazirliyi isə bu deyilənlərin özünü müdafiə xarakteri daşıdığını bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
İlhamiz Quliyevin anası məhkəmədə: “Möhkəm ol, oğlum, kişinin başına iş gələr”
açıq mənbədən götürülüb
Mərhum nazirin oğlu Arif Rəhimov məhkəməyə niyə gəlmir?
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Perinatal Mərkəzin hazırkı rəhbəri: “20 çarpayılıq bölməyə 61 küvəz yerləşdirmişdi”
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub