Dünya

“Oskar”a namizəd filmdə oynayan aktrisanın İrandan çıxışına qadağa qoyulub

31 Yanvar, 2025
22

 Açıq mənbədən götürülüb

Ən yaxşı xarici film kimi
“Oskar”mükafatına namizəd olan “Müqəddəs əncirin toxumu” adlı filmdə çəkilən aktrisanın İranı tərk etməsi qadağan edilib (“Deadline”).



Aktrisa Soheyla Golestani dissident iranlı kinorejissor Məhəmməd Rasulofun rejissoru olduğu filmdəki roluna görə İran hökuməti əleyhinə təbliğatda və əxlaqsızlığı təbliğ etməkdə ittiham olunur.

Rəsmi qadağa o, Rotterdam Beynəlxalq Film Festivalında iştirak etməli və beynəlxalq kino sənayesinin digər korifeyləri ilə birlikdə müsabiqədə hakimlik etməli olduğu vaxta təsadüf edib.

Almaniyada “Oskar”a ən yaxşı xarici film kimi namizəd olaraq irəli sürülən “Müqəddəs əncirin toxumu” İranda 2022-ci ildə məcburi hicab qaydalarını pozduğu üçün saxlanılan Məhsa Əmininin öldürülməsi ilə başlayan etirazlardan bəhs edir.

Keçən il İrandan qaçan Rasulof festivala qatılacağını və fevralın 3-də “Kino və avtoritarizmin yüksəlişi” adlı paneldə çıxış edəcəyini bildirib.

2022-ci ilin sentyabrında İranda başını örtmədiyi üçün saxlanılan 22 yaşlı Məhsa Əmini polis idarəsində həyatını itirmişdi və bundan sonra ölkədə kütləvi etirazlar başlamışdı.

BMT-nin İnsan Haqları Şurasının məlumatına görə, iğtişaşlar zamanı azı 49 qadın və 68 uşaq olmaqla 551 nəfər həlak olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

AŞPA prezidenti: “Gürcüstanın bu qurumda iştirakı seçim deyil, öhdəlikdir”

31 Yanvar 2025

Açıq mənbədən götürülüb

“Gürcüstanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) iştirakı seçim deyil, öhdəlikdir. Çünki nümayəndə heyəti üzvlərinin mandatları var və ratifikasiya olunub”. Bunu AŞPA prezidenti Teodoros Russopulos media nümayəndələri ilə söhbətində deyib. 
“Parlament Assambleyası qismən razılaşma deyil, bu, iştirakı seçim deyil, öhdəlik olan nizamnamə orqanıdır. Etimadnamələr qəbul edildiyindən onlar Assambleyada olmalıdırlar. Bu onların öhdəliyidir” deyə o bildirib.  AŞPA prezidenti əlavə edib ki, bu, “Gürcüstanda demokratik standartların irəliləməsinə kömək edə biləcək dialoqa təhlükə yaradır”. Yanvarın 29-da AŞPA Gürcüstan hakimiyyətinin yeni seçkilər keçirmək, “bütün siyasi məhbusları” azad etmək, “polis zorakılığı və insan haqları pozuntularını dərhal dayandırmaq” şərti ilə Gürcüstan nümayəndə heyəti üzvlərinin mandatlarını qismən təsdiq...
Dünya

Minsk Qrupunun fransalı və amerikalı həmsədrləri rusiyalı həmsədrlə təması kəsiblər - Zaxarova

31 Yanvar 2025

sosial media

ATƏT-in Minsk Qrupu öz fəaliyyətini 2022-ci ilin fevralında dayandırıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yanvarın 31-də keçirdiyi brifinqdə belə deyib (APA).  Onun sözlərinə görə, Minsk Qrupunun fəaliyyəti fransalı və amerikalı həmsədrlərin günahı ucbatından bitib.  “Heç bir məsləhətləşmə, kommunikasiya olmadan onlar rusiyalı həmsədrlə təması kəsiblər. Heç ATƏT çərçivəsində də məsləhətləşmələr olmayıb. Sadəcə rusiyalı həmsədrlə təmaslardan imtina ediblər. Onlar əvvəlcədən təyin olunmuş tədbirləri ləğv ediblər. İndiyə kimi də bunun səbəblərini səsləndirməyiblər. Xatırladım ki, 2022-ci ilin oktyabrın 6-da Praqada Azərbaycan prezidenti, Ermənistanın baş naziri, Fransa prezidenti və Avropa Şurasının sədrinin birgə bəyanatı qəbul olunub. Bütün bunlar ona gətirib çıxarıb ki, Minsk...

Seçilmiş Videolar

Toplum TV loqo