Rusiyadan neft daşıyan tankerlər Çin limanlarına buraxılmayıb - “Bloomberg”
Sea And Job Magazine
İki milyon bareldən çox Rusiya neftini daşıyan üç tanker cümə günü ABŞ-ın sanksiyalarına məruz qaldıqları üçün Çin limanlarına yaxınlaşa bilmir. “Bloomberg” gəmiizləmə xidmətinin məlumatlarına istinadən belə yazıb.
Agentlik qeyd edir ki, Şandun əyalətindəki limanları idarə edən şirkət sanksiyalara məruz qalmış tankerlərin qəbulunu qadağan edib.
Gəmiizləmə şirkəti “Kpler”in məlumatına görə, Rusiyanın Sakit okeandakı Kozmino limanında təxminən 770 min barel xam neft yükləmiş “Huihai Pacific” tankeri yanvarın 15-də Şandun əyalətinin Duntszyakou (Dongjiakou) şəhərinə çatmalı idi. Amma ötən həftənin sonunda gəmi istiqamətini dəyişib və hazırda sahil dayanacağındadır.
755 min bareldən çox Rusiya nefti yükləmiş “Mermar” tankeri isə Kozmino limanından yanvarın 5-də çıxıb və bu həftə Yantay limanına çatmalıydı, amma hazırda o da sahildə gözləyir. 700 min barel neft yükləmiş, Rusiya limanını yanvarın 7-də tərk edən "Olia" tankeri də Yantaya gedirmiş, amma indi Sarı dənizdədir.
“The Bell” nəşrinin xəbərinə görə, “Qazprom”un maye qazını daşıyan, sanksiyalara məruz qalmış “Cool Rover” tankeri də orda - İspaniya sahillərindədir.
Yanvarın 10-da ABŞ Rusiyanın iki ən böyük neft ixracatçısına - "Qazprom Neft"ə və "Surqutnefteqaz"a qarşı bloklayıcı sanksiyalar tətbiq edib. Artıq həm bu ikisi ilə, həm də onlarla digər şirkətlə hesablaşmalarda ABŞ dollarından və Amerika maliyyə sistemindən istifadə etmək qadağandır.
Rusiyanın ən böyük gəmiçilik şirkəti olan “Sovcomflot”a qarşı sanksiyalar növbəti dəfə uzadılıb. Qərbin sanksiyalarını pozaraq müxtəlif ölkələrin bayraqları altında Rusiyanın neftini və neft məhsullarını daşıyan 183 tankerə məhdudiyyətlər tətbiq edilib.
“Bloomberg” qeyd edir ki, bu, Rusiya tarixində ən sərt sanksiyalardır.
Yanvarın 13-də “Brent” markalı neftin fyuçerslərinin qiyməti 2024-cü ilin avqustun sonundan bəri ən yüksək həddə - 81,11 dollar/barelə yüksəlib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın yeni sanksiyalarına cavab olaraq bildirib ki, Rusiyanın enerji resurslarının ixracı üçün müəyyən edilmiş marşrutlar “kökündən kəsilə bilməz”. Onun sözlərinə görə, sanksiyaların nəticələrini minimuma endirmək məqsədilə Rusiya öz enerji resurslarının tədarükü üçün alternativ yollar axtaracaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Ukrayna dronları Bryansk, Engels, Saratov və Aleksindəki zavodları vurublar – UTX-dəki mənbə
"Degpunkta"
Zelenski və Makron Ukraynaya Qərb qoşunlarının yerləşdirilməsi məsələsini müzakirə ediblər
Le Monde
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?